Məhkəmə qərarları › İş №3(060)-680/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-680/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-680/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs- Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Z.Ağayev, zərərçəkmiş şəxs-X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 23 fevral 2021-cu il tarixdə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 21.02. 2021-ci il tarixdə gecə radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon Göycə marketdə aldatma yolu ilə siqaret və içkiləri götürərək xırda talama etmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, Z.Ağayev 21.02.2021-ci il tarixdə gecə radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon Göycə marketdə aldatma yolu ilə siqaret və içkini götürüb apararaq xırda talama etmişdir.Bu səbəbdən də barəsində inzibati xətaya dair protokol tərtib olunmuşdur. Barəsində qanuamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Rasim Kazımov da ona dəymiş maddi ziyanın ödənildiyini və barəsində protokol tərtib edilmiş şəxsi bağışladığını bildirərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil da İş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, ona dəymiş maddi zərər ödənilmişdir və Şəxs şikayətçi deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Əsgərov Çingiz Həsənli oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir İXM-nin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda və zərərçəkmiş şəxsə dəymiş zərəri ödədikdə isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 39.1-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar