Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-682/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs İsmayılov Kamran Afər oğlunun, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kamran Afər oğlunun Sumqayıt şəhər DYPŞ-nin 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İsmayılov Kamran Afər oğlu Sumqayıt şəhər DYPŞ-nin 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs İsmayılov Kamran Afər oğlu şikayətini onunla əsaslandırdı ki, 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati vermə haqqında qərar əsasında 21 yanvar 2021-ci il tarixdə “OPEL MİRİVA (MİNİK)” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobil ilə saat 18:34də Sülh küçəsində hərəkətdə olarkən, yerdə düzünə və sola dönməyə icazə verən nişan çəkildiyini, və oda yol nişanının tələblərinə uyğun olaraq düzünə hərəkət etdiyini bildirmişdir. Lakin qanunsuz olaraq Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən saxlanıldığını, ona həmin ərazidə 5.1.8-ci yol nişanı quraşdırılmış və həmin nişan ilə yalnız sola dönmək tələb olunduğunu və düzünə hərəkətin qadağan olunduğu bildirilmişdir. İsmayılov Kamran Afər oğlu həmin vaxt polis serjantı ilə hadisə yerinə baxış keçirtdiyini və polis serjantınında həmin yerdə çəkilən nişanda düzünə və sola hərəkətə icazə verilən nişanın olduğunu göstərmişdir. Gecə vaxtı olduğundan nişanı görə bilmədiyini və yerdə olan nişanla hərəkət etdiyini bildirmişdir.Sözügedən qərarla razılaşmadığını bildirdi. Sumqayıt şəhər DYPŞ-nin 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə İsmayılov Kamran Afər oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmiyərək, Sülh küçəsi ərazisində yalnız sola hərəkət tələb olunduğu halda düzünə hərəkət etmişdir. Bununla bağlı həmin ərazidə olan yol nişanlarının fotoşəkillərini məhkəməyə təqdim etdi. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılov Kamran Afər oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, həmin qərarla 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, hadisə yerinin fotoşəkillərinə baxaraq hesab edir ki, şikayət rədd edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdəndə müəyyən edilmişdir ki, İsmayılov Kamran Afər oğlu 21 yanvar 2021-ci il tarixdə yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmiyərək, yalnız sola hərəkət tələb olunduğu halda düzünə hərəkət etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmçinin işin məhkəmə iclasında araşdırlması zamanı Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İsmayılov Kamran Afər oğlu tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21 yanvar 2021-ci il tarixli, TP ******* saylı qərardan İsmayılov Kamran Afər oğlu tərəfindən verdiyi şikayət təmin edilməsin və həmin qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-682/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-682/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver