Məhkəmə qərarları › İş №3(060)-683/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-683/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-683/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt ŞPİ X6 Şöbəsinin 10.01.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ X6 Şöbəsinin 10.01.2021-ci il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 10.01.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sərt karantin rejimi zamanı yaşayış yeri sms icazəsi ilə tərk etməli olduğu üçün 0, 10.01.2021-ci il tarixdə yaşayış yerini tərk etmək üçün 8103 qısa nömrəsinə sms göndərmişdir. 15 dəqiqə sonra, yəni saat 20:46-da ona 3 saatlıq sms icazəsi verilmiş və o yaşayış yerini tərk etmişdir. Sumqayıt şəhəri, daş bazarı deyilən yerdə nəzarət yoxlama postunda yoxlama zamanı polis əməkdaşı onun icazəsi olmadığını bildirmişdir. O polis əməkdaşına sms vasitəsilə icazə aldığını demiş və telefonuna gələn icazə sms-ni ona göstərmişdir. Ancaq yoxlama zamanı məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazarkən bilmədən, görmə qabiliyyəti zəif olduğu üçün kodun son rəqəmi 8 olduğu halda səhvən əvəzinə 9 rəqəmini yazmışdır. Amma buna baxmayaraq ona sms icazəsi gəlmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini alıb, polis avtomobilində olan digər əməkdaşına vermişdir. O, bir rəqəm səhvinin bilmədən yanlışlıq olduğunu polisə bildirmişdir. Nəticə etibarı ilə o, telefonuna gələn 3 saatlıq icazə müddətini ötürməmişdir. Çünki ayın tarixi, saat, dəqiqə hamısı uyğun gəlir, sonuncu bir rəqəm səhvliyi olub, o da yaş həddi və görmə qabiliyyətinin zəifliyindən olub. Bir neçə dəqiqədən sonra avtomobilində olan polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini qaytarmış, cərimə yazılmadığını bildirmiş və o yoluna davam eləmişdir. 20.02.2021-ci il tarixdə onun telefonuna cərimə məbləğinə əlavə dəbbə məbləği hesablanması barədə sms gəlmiş və o cərimə olunduğunu həmin an bilmişdir. Dərhal Sumqayıt şəhər Polis İdarəsinə gedərək cərimə qərarını tələb etmiş və qərarı ona təqdim etmişlər. Qərarda onun 10.01.202-1ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbini pozduğuna görə saat 22:04-də 200 manat cərimə olunması qeyd olunmuşdur. Həmçinin qərarda qərarın surətinin iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərə çəkmiş şəxsə verilməli olması qeyd olunsa da, 1 ay 10 gün keçməsinə baxmayaraq, qərar ünvanına göndərilməmiş və qərarın surətini özü 20.02.2021-ci il tarixində Sumqayıt ŞPİ-dən əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04.03.2021-ci il tarixli 3(060)-683/2021 saylı qərarına əsasən Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş 10.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayit Apellyasiya Məhkəməsinin 3(05)-234/2021 saylı, 16.04.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-683/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt ŞPİ X6 Şöbəsinin nümayəndəsinin və qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 8103 qısa nömrəsinin sms məlumatından görünür ki, X2 3 saat müddətinə yaşayış yerini tərk etməsi barədə icazə verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt ŞPİ X6 Şöbəsinin 10.01.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. X1 “icaze.egov.az” portalına əsasən yaşayış yerini tərk etmək üçün icazəsi mövcud olmuşdur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 barəsində Sumqayıt ŞPİ X6 Şöbəsinin 10.01.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Sumqayıt ŞPİ X6 Şöbəsinin 10.01.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar