Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-683/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 10 mart 2023-cü il tarixli, EP № 0002910, 00700-00075/23 saylı protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra mətndə Sumqayıt BGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, ev Texno-Park sahəsi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 10 mart 2023-cü il tarixli, EP № 0002910, 00700- 00075/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixli, **********7758 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli, **********7666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt BGİ-dən alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMCnin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 5070,60 (beş min yetmiş dollar, 60 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 15 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 29 mart 2023-cü il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Sumqayıt BGİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli qərardadından görünür ki, Şəxs MMC İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq araşdırma aparılmışdır. İş materiallarında olan Gömrük Xidmətinin X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 07 mart 2023 il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt BGİ-də xx.xx.2022-ci il tarixli, STP-SD-202200281 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2022-ci il tarixli, **********7758 sorğu nömrəli bəyannamə üzrə alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 4410 (dörd min dörd yüz on dollar) ABŞ dollarından 240 (iki yüz qırx dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Şəxs MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, STP-SD-202200228 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2022-ci il tarixli, **********7666 sorğu nömrəli bəyannamə üzrə alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 660.60 (altı yüz altmış dollar, 60 sent) ABŞ dollarından 56 (əlli altı dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. X1 Sistemi hesabat və təhlillər Forma 3.9.2.1 - alğı-satqı üzrə hesabat bölməsi informasiya resursuna həyata keçirilmiş baxış zamanı Şəxs tərəfindən alğı-satqı yolu ilə xx.xx.2022-ci il tarixli, **********7758 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli, **********7666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 5070,60 (beş min yetmiş dollar, 60 sent sent) ABŞ dollarından 296 (iki yüz doxsan altı dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. İşdə olan Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatında qeyd olunur ki, Şəxs MMC əsasən müxtəlif növ kabellərin istehsalı ilə məşğuldur və həmin məhsulları Qazaxıstan, Türkmənistan, Ukrayna Respublikasına və s. kimi ölkələrə ixrac edərək satışını həyata keçirir. Şəxs MMC ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Zhan Tallstroyservice" şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, STP-SD- 202200228 nömrəli alğı-satqı müqaviləsi və Şəxs MMC ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Gust” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, STP-SD- 202200281 nömrəli müqavilələr üzrə xx.xx.2022-ci il tarixli **********7666 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli **********7758 sorğu nömrəli gömrük bəyannamələri üzrə cəmi 296 (iki yüz doxsan altı dollar) ABŞ dolları məbləğində vəsait müvəkkil edilmiş bank hesablarımıza bugünədək qaytarılmamış, həmin məbləğ müxbir bankların tutduğu komissiya məbləğləri olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Şəxs MMC tərəfindən Sumqavıt Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli. STP-SD-202200281 nömrəli müqaviləyə və xx.xx.2022-ci il tarixli, STP-SD-202200228 müqaviləyə istinad etməklə xx.xx.2022-ci il tarixli **********7758 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli **********7666 sorğu nömrəli bəyannamə üzrə alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 296 (iki yüz doxsan altı dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, xx.xx.2022-ci il tarixli **********7758 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli **********7666 sorğu nömrəli bəyannamə üzrə malların dəyəri tamamilə geri qaytarılmayaraq, milli valyutaya nisbətdə 503.20 (beş yüz üç manat, 20 qəpik) AZN təşkil edən 296 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri tam olaraq xaricdən qaytarılmamış və nəticədə, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmus inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bundan başqa, həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXMnin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, ev Texno-Park sahəsi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 88.80 ABŞ dolları (səksən səkkiz ABŞ dolları 80 sent) (296.00 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-683/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-683/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver