Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-685/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, ev 2A, mənzil 32 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində “BMW 6401 minik” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Sülh prospektində hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 məxsus Lexus markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs5 məxsus Kio Rio markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı, X2 məxsus VAZ 21074 markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs3 idarə etdiyi Sumqayıt Nəqliyyat MMC-yə məxsus olan İsuzu markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara maddi zərər dəyməklə yanaşı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və BMV-640 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 06:00-da sürücü Şəxs idarə etdiyi BMV-640 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsi istiqamətində yolun orta hərəkət zolağı ilə düzünə saatda 90 km.sürətlə hərəkətdə olduğu zaman, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla piyadaların və yol hərəkətinin digər iştirakçılarının hərəkətinə təhlükə yaradaraq daim dəyişən yol şəraitinə və avtomobilin səlis idarə olunmasına diqqət yetirmədən, hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən hərəkətinə davam edərək qabaq hissəsi ilə həmin yolda hərəkət edən Zərərçəkmiş şəxs5 idarə etdiyi Kia Rio markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə və həmin yolda dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Lexus markalı **-TJ-*** dövlət qeydiyyat nişanh avtomobillə toqquşduqdan sonra svetoforun qadağanedici işarəsində (qırmızı işığında) hər iki prospektin kəsişməsində yerləşən yolyarıcma daxil olaraq sol istiqamətindən Koroğlu küçəsi ilə hərəkət edib yolayrıcına daxil olan Zərərçəkmiş şəxs3 idarə etdiyi «İsizu» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə, sonradan isə sağ istiqamətindən Koroğlu küçəsi ilə hərəkət edib yolayrıcına daxil olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Kia Cedd markalı **-EE-*** dövlət qeydiyyat nişanh avtomobillə, daha sonra Sülh prospektində yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan X1 idarə etdiyi VAZ2107 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşaraq sürücü Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsi, sürücü Zərərçəkmiş şəxs3 sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, sürücü Zərərçəkmiş şəxs1 sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələnən, nəqliyyat vasitələrin detal hissələrinin zədələnməsi ilə maddi ziyanlarla müşahidə olunan yol nəqliyyat hadisəsi törətmişdir. - Məhkəmə-tibbi ekspertizasının 05 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin şişkinliyı-qant alnın yumşaq toxumalarının əziyi” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-685/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-685/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver