Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-686/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 iştirakı ilə, X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun çatdırılma xidməti göstərməsi üçün xüsusi karantin rejimi dövründə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək ölkə üzrə sərbəst hərəkət etmək üçün icazəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində olarkən olarkən yol patrul inspektoru onu saxlamış, icaəzəsi olub-olmamasını soruşmuş, o da sənədlərini təqdim etmişdir. İnspektor sənədləri qaytararaq icazə sənədlərinin olmadığını bildirmiş və ona protokol tərtib etmişdir. Bundan 102 xidmətinə şikayət etsə də nəticəsi olmamış, barəsində inzibati xəta haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X4 şikayətdə göstərdiklərini bir daha təkrar etdi, şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X1 kimi çatdırılma xidməti üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək ölkə üzrə sərbəst hərəkət etməyə icazə verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X2 əməlində inzibati xəta tərkibi yoxdur. X2 “icaze.egov.az” portalına əsasən yaşayış yerini tərk etmək üçün xidməti icazəsi mövcud olmuşdur. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxxxx 2021-ci il saat 00:00-dək dayandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-686/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-686/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver