Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-687/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 13.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 13.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 25.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırdı ki, 13.02.2021-ci il tarixdə idarə etdiyi ** RV *** dövlət qeydiyyat nişanlı MİTSUBİSHİ PAJERO markalı minik avtomobili ilə Sumqayıt şəhərindən Xızı şəhərinə gedərkən Xızı rayonu ərazisində avtomobil yolunun kənarında dayanmış yol-patrul xidməti avtomobilinin işarəsi ilə hərəkəti dayandırmış, Xızı rayonu Yol patrul xidmətinin inspektoru polis serjantı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirmişdi. O, hər hansı bir yol hərəkəti qaydasının pozuntusuna yol vermədiyini, hərəkətlərində inzibati xəta hadisəsinin mövcud olmadığını bildirməyinə baxmayaraq yol patrul xidmətinin əməkdaşı onun barəsində “İnzibati tənbeh vermə haqqında” Qərar çıxarmış və həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. “İnzibati tənbeh vermə haqqında” Qərar ona təqdim olunarkən o yenidən hər hansı bir yol hərəkəti qaydasını pozmadığını bildirmiş və bu barədə qərara yazılı etirazını qeyd etmişdir. Sualına cavab olaraq yol patrul xidmətinin əməkdaşı guya onun tərəfindən yol verilmiş pozuntunu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, vizual şəkildə bilavasitə aşkar etdiyini bildirmişdi. O, bunun görüş məsafəsini nəzərə alaraq mümkün olmadığını, tərəfindən inzibati xəta hadisəsi törədilmədiyini, eyni zamanda bu halda, yəni onun etirazından sonra onun inzibati tənbeh vermə haqqında qərar çıxarmaq səlahiyyətinin olmadığını bildirməyinə baxmayaraq yol patrul xidmətinin əməkdaşı onun haqlı etirazına əhəmiyyət verməmişdir. Barəsində əsassız və qanunsuz inzibati tənbeh növündə cəza tətbiq olunduğuna görə hüquqlarının müdafiəsi məqsədilə hazırki şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X1 qeydiyyat ünvanı Qubadlı rayonu, Qubadlı şəhəri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 13.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Qubadlı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 qeydiyyat ünvanı Qubadlı rayonu olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 13.02.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Qubadlı rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakı̇ m Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-687/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-687/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver