Məhkəmə qərarları › İş №3(060)-689/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-689/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-689/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X5, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndələri Qida Təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi Günel Süleymanovanın və Qeydiyyat və sahibkarlarla iş şöbəsinin məsləhətçisi X3 iştirakları ilə, Vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin rəisi, X4 tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 25.02.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X9 izahatında bildirdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi Sumqayıt Regional Bölməsinin rəisi, X1 MN ******* №li 15.02.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuzdur, ləğv edilməlidir. Belə ki o, ünvan 1 ünvanında “Diana” restoranını icarə müqaviləsi əsasında işlədir. 04.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları ona məxsus olan Diana kafesinə gələrək həmin kafeyə baxış keçirmişlər, həmin baxışı keçirərkən onun iştirakı təmin olunmamışdır. Baxış zamanı guya ona məxsus Diana restoranında inzibatçı şəxsin tibbi maskalardan istifadə qaydalarının pozulması faktını aşkar etmişlər və həmin tarixdə MN ******* nömrəli protokol tərtib olunmuş və həmin protokola əsasən isə hazırda mübahisələndirdiyi qərar qəbul olunmuşdur. Bildirmək istəyir ki, həmin vaxt restoranda məsul şəxs olmasa da protokol və qərar qəbul olunarkən onun iştirakı təmin olunmamış və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında” qərarın qəbul edilməsinə əsas olmuş inzibatçının tibbi maskalardan istifadə qaydaları pozulmamış və onlar tərəfindən həmin vaxtda qanuni əsaslarla tibbi maskalardan istifadə olunmuşdur. Qərarda qeyd edilən inzibati xəta hadisəsi törətməmişlər. Həmçinin inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmiş, inzibati xəta haqqında işin materialları ilə tanış olmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin rəisi, X4 tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi Toğrul Tağıyev izahatında bildirdi ki, 07.02.2021-ci il tarixdə vəzifəli şəxs X9 barəsində Azərbaycan Resublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir ona görə ki, 07 fevral 2021-ci il tarixdə saat 21:00-da Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolu ünvanında yerləşən “Diana” restoranında məsul şəxsin işdə olmaması və inzibatçı şəxsin tibbi maskadan istifadə istifadə qaydalarının pozulması faktı aşkarlanmışdır. Bu səbəbdən də 15 fevral 2021-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarıını pozduğu üçün X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, vəzifəli şəxs X5 şikayətinin təmin edilməməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 07 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarıını pozduğu üçün X9 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş Diana restoranının inzibatçısı X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinə yazdığı 07.02.2021-ci il tarixli izahatından görünür ki, Diana Restoranının məsul şəxsi təyin edilmiş X6 1 həftə öncə burnundan əməliyyat olunmuşdur və işə çıxmır. Onun əvəzinə başqa məsul şəxs təyin etməmişdir. Hazırda restoranın məsul şəxsi yoxdur. İş materiallarından görünür ki, X9 (VÖEN **********) Sumqayıt şəhəri, Sumqayıt- Novxanı yolu ünvanında yerləşən “Diana” ailəvi istirahət mərkəzini icarə əsasında işlədir. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli 24/1-063 saylı inzibati xətalar haqqında bildirişdən görünür ki, “Diana” restoranı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol tərtib olunması barədə məlumatlandırılmış, barəsində olan inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinə gəlmələri qabaqcadan bildirilmiş və iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 6 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir ki: -ictimai iaşə obyektində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs (bundan sonra – məsul şəxs) təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir; - məsul şəxs koronavirusla (COVİD-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil etməlidir; - məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X5 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X12 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar