Məhkəmə qərarları › İş №3(060)-689/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-689/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-689/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:44 radələrində Sumqayıt şəhəri ərazisində yoxlama zamanı Toyota Prius markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı minik maşını taksi fəaliyyəti həyata keçirərkən xidməti işimizə mane olaraq lazımi qanuni sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X2 bildirdi ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:44 radələrində Sumqayıt şəhəri ərazisində yoxlama zamanı Toyota Prius markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı minik maşını taksi fəaliyyəti həyata keçirərkən xidməti işimizə mane olaraq lazımi qanuni sənədləri təqdim etməmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş tdi. İş materiallarında olan 035 nömrəli, xx.xx.2023-cü il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan görünür ki, Toyota Prius markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı minik maşını Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti göstərərkən sürücü xidməti vəzifələrini yerinə yetirməyə mane olaraq qanuni sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə işin hallarını, proses iştirakçılarının izahatlarını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:44 radələrində Sumqayıt şəhəri ərazisində yoxlama zamanı Toyota Prius markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı minik maşını taksi fəaliyyəti həyata keçirərkən xidməti işimizə mane olaraq lazımi qanuni sənədləri təqdim etməmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar