Məhkəmə qərarları › İş №3(060)-690/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-690/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-690/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hamilə olan həyat yoldaşının səhhətinin qəfil pisləşməsi səbəbindən icazə üçün sms-in gəlməsini gözləməyərək dərman almaq üçün evdən çıxmışdır. Həmin vaxt sıxlıq olduğundan və tələsdiyi üçün vəziyyəti polis əməkdaşına izah edə bilməmişdir. , barəsində inzibati xəta haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Bir qədər keçdikdən sonra telefonuna cərimə edilməsi barədə sms gəlmişdir. Bununla razı deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 şikayətdə göstərdiklərini bir daha təkrar etdi, şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, vaxtında dərman alınmasaydı həyat yoldaşının hamiləliyi pozula bilərdi, əvvəlcədən sms göndərdiyindən barəsində protokol tərtib edildikdən 3 dəqiqə sonra telefonuna icazə sms-i gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X2 barədə qərar xx xxxxxx 2021-ci il tarixdə, saat 17:18-də qəbul edilmişdir. X1 təqdim etdiyi telefonuna gələn sms-lərin fotoşəklindən görünür ki, ona xx xxxxxx 2020-ci il tarixdə saat 17:21-də (5:21) icazə sms-i gəlmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. X1 yaşayış yerini tərk etməsi üzrlü səbəbdən olmuşdur. Onun şikayətdə göstərdiyi hallar təqdim edilmiş sənədlərlə təsdiq edilir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarından görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxxxx 2021-ci il saat 00:00-dək dayandırılmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli, 124 №-li qərarının 1.8-ci bəndinə əsasən həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur.... Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar