Məhkəmə qərarları › İş №3(060)-697/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-697/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-697/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X2 tərəfindən Sumqayıt şəhəri DYPİ inspektoru tərəfindən tərtib edilmiş İXP6048515 nömrəli inzibati xəta haqqında protokoldan şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 inspektoru tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokoldan məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X1 müraciəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxs şikayət ərizəsinin giriş hissəsində hissəsində barəsində inzibati xəta törətməsi barədə tərtib edilmiş protokoldan şikayət etdiyini göstərmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər. Həmçinin şikayətin xahiş hissəsində şikayətçinin xahişinin nədən ibarət olması müəyyən edilmir. Eyni zamanda mübahisələndirilən sənədin surəti protokola əlavə edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, şikayətçiyə qeyd olunan nöqsanların aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən Sumqayıt şəhəri DYPİ inspektoru tərəfindən tərtib edilmiş İXP6048515 nömrəli inzibati xəta haqqında protokoldan şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar