Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-698/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxslər – X3, X2 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 79\6, m. 18-də qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 16/17, mənzil 5-də yaşayan X6 məxsus su sayğacını oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 12-də yaşayan X5 məxsus ipdən yuyulub asılmış 1 ədəd 40 manat dəyərində qadın gödəkcəsi və 1 ədəd 30 manat dəyərində idman geyimini oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29/18 saylı evin yaxınlığında saxlanılan “VAZ 2106” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatorunu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi, sahə rəisi, polis kapitanı X7 tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 16/17, mənzil 5-də yaşayan X6 məxsus su sayğacını oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 12-də yaşayan X5 məxsus ipdən yuyulub asılmış 1 ədəd 40 manat dəyərində qadın gödəkcəsi və 1 ədəd 30 manat dəyərində idman geyimini oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29/18 saylı evin yaxınlığında saxlanılan “VAZ 2106” markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatorunu oğurlamışdır. Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçıları - Bəxtiyar Aslanov, Əsqər Kazımov və Radil Əsədov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmiş və həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 16/17, mənzil 5-də yaşayan X6 məxsus su sayğacını oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 12-də yaşayan X5 məxsus ipdən yuyulub asılmış 1 ədəd 40 manat dəyərində qadın gödəkcəsi və 1 ədəd 30 manat dəyərində idman gödəkcəsini oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29/18 saylı evin yaxınlığında saxlanılan “VAZ 2106” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatorunu oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 16/17, mənzil 5-də qab yuyarkən su kəsilmişdir. O, bloka çıxdıqda ona məxsus 33,80 manat dəyərində su sayğacı oğrulandığını aşkar etmişdir. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X9 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, xx.xx.2021-ci il tarixə keçən gecə ona məxsus olan və evinin balkonunun çöl tərəfindəki ipdən yuyub asdığı 1 ədəd 40 manat dəyərində qadın gödəkcəsi və 1 ədəd 30 manat dəyərində idman geyimi oğurlanmışdır. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, ona məxsus olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29/18 saylı evin yaxınlığında saxladığı, “VAZ 2106” markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatoru oğurlanmışdır. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X10 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxslər iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-698/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-698/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver