Məhkəmə qərarları › İş №3(060)-7/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-7/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-7/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 iştirakı ilə xx.xx.1983-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 26 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Nəsibov X5 Rayon Məhkəməsinin 2(028)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzürsüz səbəbdən və qərəzli olaraq icra etməmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən apellyasiya şikayət verilmiş, inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(105)- 342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati işinin baxışı zamanı iş üzrə dindirilməsi zəruri olan inzibati xəta törədən şəxs Şəxs heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə məcburi qaydada məhkəməyə gətirilməsi və iş üzrə icraat dayandırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə saat 15:25-ə təyin edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü ildə ünvan 1ində anadan olmuş Şəxs olduğu yer müəyyən edilmədiyindən onun məhkəməyə gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında tələbkar X4 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 135/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, borclu Şəxs törətdi inzibati əmələ görə xx.xx.2022-ci il tarixdə protokol tərtib olunduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi icra məmuruna tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.1.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi icra məmuruna tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar