Məhkəmə qərarları › İş №3(060)-700/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-700/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-700/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Müdafiəçi- Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar - Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 01 mart 2021-ci il tarixdə vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 360 manat aliment məbləğini Zərərçəkmiş şəxs qızına ödəməlidir. Lakin borclu icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 Məhkəmədə çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2020-ci il tarixdən başlayaraq 24.03.2008-ci il təvəllüdlü X7, 24.06.2009-cu il təvəllüdlü X4 və 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. icra sənədi üzrə tələbkar borcunu ödəməkdən yayınmışdır. Buna görə də vət.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib eedilmişdir. Odur ki, borclu şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2020-ci il tarixdən başlayaraq 24.03.2008-ci il təvəllüdlü X7, 24.06.2009-cu il təvəllüdlü X4 və 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ondan Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Sadəcə işsizliklə əlaqədar olaraq borcunu vaxtında ödəyə bilməmişdir. 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar fevral mart aylarında ödəniş etmişdir. Hazırda borcundan 280 manat ödəmişdir və buna dair ödəniş qəbzini digər qəbzlərlə birlikdə Məhkəməyə təqdim edir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs qızı bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2020-ci il tarixdən başlayaraq 24.03.2008-ci il təvəllüdlü X7, 24.06.2009-cu il təvəllüdlü X4 və 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs onun xeyrinə tutulmalıdır. Bu günə qədər Şəxs alimenti ödəməkdən yayınmışdır. Uşaqların bütün qayğı və ehtiyacları onun üzərindədir. Odur ki, borclu şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində protokol tərtib olunmuş şəxsin əməlində inzibati xəta tərkibi olmadığını, borclu şəxsin məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyətinin olmadığını nəzərə alaraq inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs 08.01.2021-ci il tarixdə 250 manat, 18.02.2021-ci il tarixdə 150 manat, 10.03.2021-ci il tarixdə 280 manat Zərərçəkmiş şəxs bankdakı hesabına köçürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, Şəxs dekabr, yanvar, fevral və mart aylarında ardıcıl olaraq ödənişlər etmişdir və sonuncu dəfə 10.03.2021-ci il tarixdə 280 manat ödəniş etmişdir. Bu da onun tam ödəniş etməməsinin qərəzli xarakter daşımadığını göstərir. Həmçinin icra vərəqəsi 16.09.2020-ci il tarixə aiddir və üzərindən uzun müdət keçməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Şəhər Məhkəməsinə şəhər şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar