Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-701/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli elektron qərardan şikayət verərək inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə saat 17:54 radələrində idarə etdiyi “KİA SORENTO” markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Babək küçəsində hərəkətdə olan zaman yolun ortasında tək və ya qoşa xətt olmadığı üçün dönmə əməliyyatı eləyərək nəqliyyat vasitəsini yol kənarında saxlayıb getmişdir. YPX əməkdaşları tərəfindən dayanma durma qaydasını pozduğu üçün EQ 20115726 nömrəli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə nəqliyyat vasitəsinin dayanmasını və durmasını qadağan edən nişanları quraşdırılmamışdır. O, cərimə olunduqdan sonra həmin küçəyə baxış keçirmiş və 100 metr qabaqda dayan durma qadağandı işarəsini görmüşdür, lakin bildirmək istəyir ki, yolda tək və ya qoşa xətt olsaydı və o, dönmə əməliyyatını xəttin axırından həyata keçirsəydi həmin nişanı görə bilərdi. Ona görə də, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli elektron qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə 20 (iyirmi) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə qərardan şikayət vermiş şəxs X4 izahatında göstərmişdir ki, idarə etdiyi “KİA SORENTO” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Babək küçəsində hərəkətdə olan zaman yolun ortasında tək və ya qoşa xətt olmadığı üçün dönmə əməliyyatı eləyərək nəqliyyat vasitəsini yol kənarında saxlayıb getmiş, YPX əməkdaşları tərəfindən dayanma durma qaydasını pozduğu üçün EQ 20115726 nömrəli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. O, cərimə olunduqdan sonra həmin küçəyə baxış keçirmiş və 100 metr qabaqda dayanma durma qadağandı işarəsini görmüşdür, lakin yolda tək və ya qoşa xətt olmadığına görə dönmə əməliyyatını xəttin axırından həyata keçirmədiyindən həmin nişanı görməmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozaraq dayanma və ya durmanı qadağan edən yerdə nəqliyyat vasitəsini saxladığından onun barəsində həmin maddə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli elektron qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20115726 nömrəli elektron qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-701/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-701/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver