Məhkəmə qərarları › İş №3(060)-704/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-704/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-704/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Hacıvəliyev Azər Hümmət oğlunun iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı qərardan X2 Hümmət oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Hümmət oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Hacıvəliyev Azər Hümmət oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi "Mersedes" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba- Dağıstan sərhəddi yolunun 46.5-ci km-də sürət həddini güya 31 km/saat həddində aşdığı müəyyən olunmuş və ona müvafiq cərimə tətbiq olunmuşdur. Lakin göstərilən ərazidə müəyyən olunmuş sürət həddi 70 km/saat deyil, 90 km/saat və onun idarə etdiyi avtomobilin faktiki hərəkət sürəti 101 km/saat olmuşdur. Göstərilən ərazidə sürət həddinin 70 km/saat olması ilə bağlı heç bir yol nişanı yoxdur. Yuxarıda göstərdiyi məlumatlar cərimə materiallarina əlavə olunmuş foto şəkillərdə də aydın şəkildə qeyd olunmuşdur. Ona DİN BDYP tərəfindən yazılmış olan bu cərimənin fotoşəkillərdə göstərilən məlumatlarla ziddiyyət təşkil etdiyini və onun da faktiki olaraq, sürət həddini tənzimləyən nişanın tələbindən kənarlaşmadığını nəzərə alaraq, ədalətsiz çıxarılmış qərann ləğv olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə şikayət etmişdir. xx.xx.2025ci il tarixində məhkəmə işə baxaraq, EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında qərann ləğv edilməsi və həmin inzibati xəta xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etmişdir. DİN BDYP tərəfındən xx.xx.2025-ci il tarixində inzibati xəta haqqında işə yenidən baxılmış və Sumqayıt Şəhər Məhkəməsinin ləğv etdiyi xx.xx.2024-cü il tarixində ədalətsiz olaraq qəbul olunmuş EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlamışdır. Göstərilən hallar nəzərə alınmaqla, Sumqayıt Şəhər Məhkəməsinin qərarına məhəl qoyulmadan DİN BDYP tərəfindən qəbul edilmiş EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında qərarın və onun qüvvədə saxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixində qəbul edilmiş №16/1-30654 saylı qərann hüquqi əsaslardan kənar olması və faktiki vəziyyətlə uzlaşmaması səbəbindən ləğv olunmasını tələb edir. Hüquqlarının pozulmasının qarşısının alınması və ədalətin bərpa olunması məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Hacıvəliyev Azər Hümmət oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı qərara əsasən Hacıvəliyev Azər Hümmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 328.2-ci maddəsinə əsasən “Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.” xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı inzibati tənbeh vermə haqqında qərarda xx.xx.2024-cü il tarixdə “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət məhdudiyyəti 70 km/saat olduğu halda, 101 km/saat sürətlə hərəkət edilməsi, lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdə qeyd olunan ərazidə sürət həddinin 90 km/saat olması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən ziddiyyətli məqamlar inzibati xəta törətmiş şəxsin İXM-nin fərqli maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Belə ki, ərazidə sürət həddi 70 km/saat olduğu halda, şəxsin əməli İXM-nin 328.2-ci maddəsi, 90 km/saat olduğu halda şəxsin əməli İXM-nin 328.1-ci maddəsinin tərkibini yaradır. “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə protokol tərtib edildiyi ərazidə sürət həddinin 70 km/saat olmasını göstərən hər hansı yol nişanı və nizamlayıcı müəyyən edilməmiş, şikayət verən şəxsin qeyd etdiyi hallarla işin faktiki halları üst-üstə düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Hacıvəliyev Azər Hümmət oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hacıvəliyev Azər Hümmət oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, 16/1-30654 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar