Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-708/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 10 mart 2022-ci il tarixli 00700-0041/22 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Sumqayıt şəhərində, Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70, mənzil 89 olan Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsinə əsasən 10 mart 2022-ci il tarixli 00700- 0041/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) 21.02.2022-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********9451 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Türkiyə Respublikasından göndərilmiş “Kimyəvi tekstil materiallarından xalçalar” yükü 76AAD287/76DR390 nömrə nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 18.02.2022-ci il tarixdə saat 08:16-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs MMC-nin drektoru məhkəməyə vəsatətlə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsində icraatda olan işlərin bir icraatda birləşdirilərək baxılmasını xahiş etmişdir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməklə hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70, mənzil 89 olan Şəxs MMC-nin İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-707/2022 və 3(060)-708/2022 №li işlər bir icraatda 3(060)- 707/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70, mənzil 89 olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-707/2022 və 3(060)-708/2022 №li işlər bir icraatda 3(060)- 707/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-708/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-708/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver