Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-709/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X1 iştirakıları ilə, xx.xx.1970-ci ildə Zərdab rayonu, Körpükəndə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən 08 mart 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 525-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 08.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çay evində qumar oynamışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 29 mart 2022-ci il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs başqa 3 nəfərlə 08.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çay evində qumar oynadığı müəyyən edilmişdir. Bu fakt Sumqayıt şəhər polis idarəsinin Post Patrul Xidməti taborunun 1-ci bölüyün polis serjantı Kənan Abdullazadənin raportu ilə təsdiq edilib. Şəxs özü də əməlini qismən etiraf edib. Qeyd olunanlara əsasən Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, 08.03.2022-ci il tarixdə saat 11:00 radələrində tanıdığı şəxslərlə Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çay evinə daxil olub masaların birində əyləşmişlər. Masanın üzərinə 1,00 manat pul qoyaraq çayın hesabını ödəmək məqsədilə domino oynamışlar. Həmin vaxt icəri polis əməkdaşı daxil olmuşdur və onlar polis əməkdaşları ilə 4-cü polis bölməsinə gəlmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməlindən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD görüntüyə baxaraq və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən olunmur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İş materalından görünür ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər- 38,00 manat pul, 3 ədəd beşlikdən, 23 ədəd manatlıqdan ibarət olan pul maddi sübut kimi tanınaraq götürülmüşdür. İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 77, 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000,00 (üç min) manat məbləğində cərimə olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetlər- 3 ədəd beşlikdən, 23 ədəd manatlıqdan ibarət olan 38,00 manat pul dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-709/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-709/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver