Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-713/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə ünvan 1i ünvanında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 820.35 manat məbləğində borc, ödənilməmiş 30 manat dövlət rüsumunun əvəzi və 0.40 manat xidmət haqqıümumilikdə 850 manat 75 qəpik borc pulu üzrsüz səbəbdən ödəməmiş, bununla da, o, İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Pərvanə Novruzova izahatında bildirdi ki, qeyd olunan icra sənədinə əsasən cavabdeh Şəxs Şəxs 820.35 manat məbləğində borc, ödənilməmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı-ümumilikdə 850 manat 75 qəpik borc tutularaq iddaiçı BOKT "xxxx" QSC-ə verilməlidir. 04 may 2023-cü il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, borclu ilə dəfələrlə əlaqə saxlanaraq İcra idarəsinə dəvət olunsa da, sonuncu üzrsüz səbəbdən çağırışlardan yayındığı üçün barəsində xx.xx.2023-cü il tarixdə “Borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. 01 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən borclunun yeri müəyyən edilərək icra idarəsində iştirakı təmin edilmiş, həmin gün qərarın könüllü icrası barədə bildiriş və qərar Şəxs şəxsən təqdim edilmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Hazırda məhkəmə istintaqı dövründə borclu 400 manat ödəniş etmiş, 450 manat 75 qəpik borcu qalmış, tələbkar hüquqi şəxs ilə borclu arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Tələbkar BOKT "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə ərizə yazaraq borclunun bu gün borcundan 400 manat ödəniş etdiyini, qalan borcunu isə 02 ay müddətində ödəyəcəyinə söz verdiyini, bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeyd olunan icra sənədi üzrə özünü təqsirli bilir, 01 aprel 2024-cü il tarixdə 400 manat ödəniş etmiş, 450 manat 75 qəpik borcu qalmış, tələbkarla arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Belə ki, o, qalan borcu iki ay ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Tələbkar hüquqi şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar BOKT "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə ərizə yazaraq borclunun bu gün borcundan 400 manat ödəniş etdiyini, qalan borcunu isə 02 ay müddətində ödəyəcəyinə söz verdiyini, bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs qərarın könüllü icrası barədə bildiriş və qərar xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. “Borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra məmuru borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək barəsində axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, icra sənədi üzrə tələbkar hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs 850 manat 75 qəpik borcu olmuş və borc ödənilməmişdir. Buna görə də, icra məmuru borcun üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkar hüquqi şəxslə razılığa gəldiklərini bildirmişdir. Lakin icra məmuru tərəfindən tələbkar hüquqi şəxsin borclu ilə qətnamə üzrə borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin olması hissəsində hər hansı araşdırma aparılmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdır. Bundan başqa məhkəmə baxışı zamanı Şəxs öz izahatında 01 aprel 2024-cü il tarixdə 400 manat ödəniş etdiyini, qalan borcun hissə-hissə ödənilməsi barədə tələbkarla razılığa gəldiyini, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu fakt icra sənədi üzrə tələbkar hüquqi şəxs BOKT "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli ərizəsində öz təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-713/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-713/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver