Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-714/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, 12.01.2022 tarixdə azyaşlı uşağı avtomobilinin qabaq oturacağında oturmasına görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. YPX əməkdaşına azyaşlı uşağı xüsusi uşaq saxlayıcı qurğuda apardığını bildirmiş, əməkdaş isə cavab olaraq qanunda bunun nəzərdə tutulmadığını bildirmişdir. X4 qanunun 56-ci maddəsinin tələblərini nəzərə alaraq azyaşlı uşağı xüsusi uşaq saxlayıcı qurğuda aparırdı. Bununla bağlı Baş X6 İdarəsinin rəhbərliyinə müraciət etmişdir. Müraciətinin baxılıb araşdırılması ilə bağlı müvafiq şöbəyə dəvət olunmuşdur. Yol patrul xidməti haqqında təlimata uyğun olaraq səs yazan qurğu ilə qeydə alınmalı idi, yəqin ki, qeydə alınıb, çünki orda xüsusi uşaq saxlayıcı qurğu ilə bağlı məsələ müzakirə edilib, lakin araşdırma zamanı bu səs qərəzli olaraq dinlənilmədi. Ondan əlavə olaraq avtomobildə xüsusi uşaq saxlayıcı qurğunun olub-olmamasına dair şəhər təhlükəsizlik kameralarına baxış keçirilməmişdir. X2 Məcəlləsinin ümumi 8-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmədi. İş üzrə çıxarılmış qərarın ləğv edilməsini və icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqan - Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 tərəfindən sərnişin daşıma qaydalarının pozulması halına yol verildiyindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş şəkil və DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, həqiqətən də X1 minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “X4” Azərbaycan Respublikasının Qanununun 56-cı maddənin İX bəndinin 2-ci hissəsinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 tərəfindən sərnişin daşıma qaydalarının pozulması halına yol verildiyindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, lakin X1 minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğunun olmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Bakı şəhər X6 İdarəsi Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 12.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-714/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-714/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver