Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-715/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 24634420 saylı, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-ci il tarixli EQ 24634420 saylı, inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə olunmuş, həmin vaxt ** BG *** d.q.n-lı avtomobili X2 istifadəsində olmuş, cərimənin ödənilməsinə baxmayaraq avtomobilin üzərinə inzibati həbs qoyulmuşdur. Həmin protokolun avtomobilin üzərindən götürülməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. X6 tərəfindən şikayətə tərtib olunmuş elektron qərarın surəti əlavə edilməmiş, əlavə edilən mobil telefon tətbiq etməsindən çıxarılmış şəkildə isə elektron qərarın X3 barəsində tərtib olunması qeyd olunur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Qanunvericiliyində tərtib olunmuş inzibati xəta haqqında protokolun və ya qərarın nəqliyyat vasitəsinin üzərindən götürülməsi ilə bağlı şikayətin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa iş materialları məhkəmənin icraatına daxil olduqdan sonra “Asanpay” ödəniş sistemi vasitəsi ilə elektron qərar üzrə cərimənin ödənilmədiyi məlum olmuşdur. X1 nəqliyyat vasitəsinin üzərinə inzibati həbs qoyulması ilə bağlı müvafiq X11 şöbəsinə müraciət etməsi, həmin inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə müvafiq İnzibati Məhkəməyə müraciət etmə hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Əli Vəliyevin şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Odur ki, X4 şikayəti icraata qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 tərəfindən verilmiş EQ 24634420 saylı, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X5 geri qaytarılsın. Şikayət vermiş şəxs X5 izah olunur ki, barəsində elektron qərar qəbul edilmiş şəxsin İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə və müddət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-715/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-715/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver