Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-717/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 04 mart 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''DİADEM'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''DİADEM'' QSC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 20.000 (iyirmi min) ABŞ dolları məbləğində olan vəsaiti 28 yanvar 2020-ci il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 20.000 (iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 29 yanvar 2022-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 11.03.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs QSC-nin nümayəndəsi X4oğlu izahatında bildirdi ki, 03.06.2019-cu il tarixdə və 03.07.2019-cu il tarixdə Şəxs MMC ilə “AGRA FOREST SAN. TİC. LTD. ŞTİ.” arasında alqı-satqı müqaviləsi bağlanmışdır. tarixdə Şəxs MMC ilə Türkiyə Respublikasının “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” şirkəti arasında bağlanmış DD/19-01 saylı 03.06.2019-cu il tarixli müqaviləyə əsasən 28 yanvar 2020-ci il tarixdə benefisiara köçürülən vəsaitin 20.000 ABŞ dolları məbləğində olan hissəsi hesabına alınan mallar ölkəyə həmin müqavilənin şərtlərinə uyğun olaraq, “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilərək **********6547 və **********3991 nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Əlavə olaraq da bildirmişdir ki, 28 yanvar 2020-ci il tarixdə benefisiara köçürülən vəsaitin 20.000 ABŞ dolları məbləğində hissəsi hesabına alınan mallar ölkəyə həmin müqavilənin şərtlərinə uyğun olaraq “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilərək **********6547 və **********991 saylı gömrük bəyannamələri ilə idxal olunmasına baxmayaraq, bankın məlumat bazasında həmin köçürmənin bağlanması ilə əlaqədar müvafiq qeydiyyat aparılmamış və bunun nəticəsində də Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin təərəflərindən Məhkəməyə təqdim etdikləri və "xxxx" ASC tərəfindən möhürlənmiş Gömrük bəyannamələri də həmin köçürmənin bağlanması ilə əlaqədar müvafiq qeydiyyat aparılmadığını təsdiq edir. Bundan başqa “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN. TİC. LTD ŞTİ” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən vəsaitlərin ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər və gömrük bəyannamələri də vardır. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materillarında olan 28 yanvar 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 03.06.2019-cu il tarixli DD/19-01 saylı müqavilə üzrə 20.000.00 ABŞ dolları məbləğində pul Şəxs QSC tərəfindən “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.STİ” şirkətinə köçürülmüşdür. İş materillarında olan "xxxx" ASC tərəfindən Şəxs QSC-yə ünvanlanmış 10.03.2022ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən Şəxs QSC və “AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.STİ” şirkəti ilə ağlanmış 03.06.2019-cu il tarixli DD/19-01 saylı müqavilə üzrə 13.06.2019-cu il tarixində 19.600 USD, 18.06.2019-cu il tarixində 27.400.00 EUR, 28.01.2020-ci il tarixində 20.000.00 USD vəsait köçürülmüşdür. İş materillarında olan "xxxx" ASC tərəfindən təsdiq edilmiş **********6547 nömrəli gömrük bəyannaməsindən görünür ki, 05.02.2020-ci il tarixdə valyuta və malların ümumi invoys dəyəri 30.000 ABŞ dolları məbləği üzrə 7965,06 ABŞ dolları dəyəri və 22034,94 ABŞ dolları dəyərində mal idxal olmuşdur. İş materillarında olan "xxxx" ASC tərəfindən təsdiq edilmiş **********3991 nömrəli gömrük bəyannaməsindən görünür ki, 29.08.2019-cu il tarixdə valyuta və malların ümumi invoys dəyəri 196765.00 ABŞ dolları olan məbləğ üzrə 144,388,00 ABŞ dolları və 42,250,00 ABŞ dolları məbləğində mal idxal edilmiş,10,127,00 ABŞ dolları məbləğində qalıq qalmışdır. Bununla da Şəxs QSC-nin xaricə göndərilmiş (“AGRA FOREST TARİM VE HAYVANCİLİK EKİPMANLARİ SAN.TİC.LTD.STİ”şirkəti) pul vəsaiti dəyərində mal ölkəyə idxal edildiyi sübuta yetirilmişdir. İş materaillarından görünüdüyü kimi Şəxs MMC ilə “AGRA FOREST SAN. TİC. LTD. ŞTİ.” arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə mütəmadi olaraq avans ödəməklə ölkəyə mal idxal olunur və Şəxs MMC tərəfindən əsassız olaraq ölkədən valyutanın çıxarılması öz təsdiqini tapmır. Əksinə, tərəflər arasında uzun müddət ərzində biznes aparıldığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X5 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5021, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs QSC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-717/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-717/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver