Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-719/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi baş məsləhətçi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, Kimyaçılar evi, X12, "xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndis Şəxs tərəfindən Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatının İİ vəzifə öhdəlikləri bölməsinin 2.11ci bəndinin tələblərinin pozulması nticəsində xx.xx.2023-cü il tarixdə fəhlə X1 zərərvurma xəsarəti almışdır. X6 Xidmətinin Abşeron Xızı regional şöbəsindən tərəfindən Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli, 27 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında X6 Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, inzibati xəta Azərbaycan Vanhong Ceramics CO” MMC-də baş verib. X2 xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində xəsarət almış, bununla əlaqədar olaraq təhqiqat aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində X2 tərəfindən ehtiyatsızlıq göstərilərək plitələri lentin üzərinə düzən zaman lentin altında olan dəmir parçasına çıxması nəticəsində sınıb və o, əlindən xəsarət alıb. Bununla əlaqədar izahatlar alnmış və müəyyən olunmuşdur ki, burada əməyin mühafizəsi qaydaları pozulmuş, burada həm işçinin, həm də əməyin mühafizəsi sahəsinə cavabdeh olan SƏTƏM üzrə mühəndis Şəxs tərəfindən pozulduğu müəyyən edilmişdir. Aktın 4-cü bəndində bədbəxt hadisənin səbəbləri olan hissədə göstərilmişdir ki, 4.1 iş zamanı təhlükəsizlik qaydalarına riayət olunması tələblərinə əməl edilməməsi, eyni zamanda Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatının İİ.Vəzifə öhdəlikləri bölməsinin 2.11-ci bəndində göstərilən əməyin mühafizəsi üzrə, o cümlədən tabeliyində olan işçilərin vəzifələrinin icrasına nəzarət edilməməsi səbəbindən baş vermişdir. İzahatlar alınan zaman işin sonu olduğu üçün əvvəllər təlimatlar verilmiş, sonradan orada olmamış, nəzarət edilməmişdir. Bununla əlaqədar olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində minimum həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, hadisə oktyabr ayında baş vermişdir. İşin əvvəlində sexi gəzərək bütün işçiləri təlimatlandırır. Ərazi böyükdür, 1 km 200 metr ərazini gəzir. Orada müxtəlif sexlər mövcuddur, hər birini ayrı-ayrılıqda gəzərək nəzarət edir. Lakin onun təkbaşına hər bir işçinin başı üzərində durub işinə nəzarət etməsi mümkün deyildir. Hadisə ani ehtiyatsızlıq səbəbindən baş vermişdir, bu hadisə qaçılmazdır. Şəxs xəsarət alan zaman dərhal ona ilkin tibbi yardım göstərmiş, iki dəfə onun əlini sarımış, lakin qan kəsməmiş, ciddi bir şey olduğunu düşünərək şəxsi avtomobili ilə onu təcili tibbi yardım xəstəxanasına aparmış, orada şəxsin əlinə üç-dörd tikiş qoyulmuş, iki gündən sonra şəxs yenidən öz əmək fəaliyyətinə davam etmişdir. Hadisə ilə bağlı təcili tibbi yardım xəstəxanasından hüquq mühafizə orqanına məlumat vermiş, onlar gəlmiş, hadisə ilə bağlı araşdırmalar aparmış, cinayət tərkibi olmadığından işə xitam vermişlər. Elnur Kərimli özü də ifadəsində təlimatlandırıldığını bildirmişdir. Şəxs işləyərkən əlində əlcək olmuş, kafel qırıldığından əlcəyi də kəsərək əlinə keçmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə X4 Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində yerləşən "xxxx" MMC-də öz ehtiyatsızlığı səbəbindən sol əlinin ovuc nahiyəsinin kəsilməsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Baş direktorunun 29 iyul 2023-cü il tarixli T- 18/23 saylı əmri ilə təsdiq edilmiş “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın “İİ Vəzifə öhdəlikləri”nin 2.11-ci bəndindən görünür ki, əməyin mühafizəsi üzrə mühəndis işə götürülənlərlə müvafiq təlimatlar aparır, işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırır, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə kömək edir, o cümlədən tabeliyində olan işçilərin vəzifələrinin icrasına nəzarət edir. Məhkəmə qeyd edir ki, Şəxs üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmədiyi, işçiyə lazimi qayadad nəzarət etmədiyi və bununla da tərəfindən İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respubliaksı İXM-nin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000,00 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-719/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-719/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver