Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-72/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şıkayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, 28 dekabr 2022-ci il tarixdə saat 08:00 radələrində Bakı-Quba yolunun 25-ci kilometrində ona məxsus “TOYOTA LAND CRUİSER” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun orta zolağı ilə hərəkətdə olan zaman sag tərəfdən sərnişin avtobusu və minik avtomobili onu sıxışdırıb qəza şəraiti yaradaraq zolaqdan çıxarmışlar. Arxadan gələn YPX ispektoru, polis baş serjantı X4 onu saxlatdıraraq dönmə işığından istifadə etmədiyi üçün bu barədə protokol tərtib edərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilməyi barədə qərar qəbul etmişdir. O iradəsindən asılı olmayan şəbədən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qaldığını YPX əməkdaşına deməsinə baxmayaraq o, onun barəsində protokol tərtib edərək qərar qəbul etmişdir. Hərəkət istiqamətini öz iradəsi əsasında istədiyi halda dəyişdiyi təqdirdə işıq siqnalından məcburi istifadə etməli olduğunu bildirmişdir. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallar X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-72/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-72/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver