Məhkəmə qərarları › İş №3(060)-72/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-72/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-72/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, AZ1030, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 1 ünvanında olan Şəxs MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon X4 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 14 noyabr 2024cü il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə saat 00:44-də mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan «Mitsubishi Pajero minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-5447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş 14 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Xətai rayon X4 Şöbəsinin və hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Orxan Ələkbərov tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, hesab edirlər ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən Şəxs MMC (MMC) barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol qanunsuz və əsassızdır. MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən inzibati xətanı törətmiş sürücü barədə məlumatın verilməsinə dair Şəxs MMC-yə göndərilmiş məktubdan görünür ki, məktub bilərəkdən səhv (MMC-yə aidiyyəti olmayan) yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına göndərilmişdir. Təqdim olunmuş materiallara əlavə olunmuş xəbərnamə xx.xx.2024-cü il tarixdə MMC məlum olmayan, heç vaxt orada işləməyən “Məmmədzadə” soyadlı şəxs tərəfindən imzalanmışdır. Ardınca Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi 5 gün ərzində məlumatın verilmədiyini (MMC-dən asılı olmayan səbəblərdən) əsas kimi göstərərək, İXM-nın 347-ci maddəsinin tələblərinin pozulması əsası ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 26597508 saylı qərardad qəbul edərək, materiala baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən inzibati xətanı törətmiş sürücü barədə məlumatın verilməsinə dair Şəxs MMC-yə göndərilmiş məktubdan fərqli olaraq, X5 Şöbəsinin protokoluna və qərardadına nəzər yetirsək görərik ki, hər iki sənəddə MMC-nin ünvanı düzgün olaraq, ünvan 2kayətə əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa görə, sürücü barədə məlumatın verilməsinə dair məktub X5 Şöbəsi tərəfindən göndərilən tarixdə MMC-nin hüquqi ünvanı ünvan 3ai Rayon Polis İdarəsinin X5 Şöbəsi sürücü barədə məlumatın verilməsinə dair məktubu bilərəkdən səhvən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına göndərmişdir. Belə ki, sonrakı protokol və qərardadda inzibati orqan tərəfindən MMC-nin ünvanı doğru göstərilmişdir. Sürücü barədə məlumatın verilməsinə dair məktub səhv ünvana göndərildiyindən, MMC məktub barədə məlumatlı olmamış və bu səbəbdən sürücü barədə məlumatın qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməsini təmin edə bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edirlər ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən tərtib olunmuş protokolu ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən inzibati xətanı törətmiş sürücü barədə məlumatın verilməsinə dair məktub Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına göndərilmiş, lakin inzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı ünvan 4 Xətai rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən məlumatın verilməsinə dair məktub səhv ünvana göndərildiyindən hüquqi şəxs məlumatlı olmamış və məlumatın qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməsini təmin edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ 5004, ünvan 6 ünvanında olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar