Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-726/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə 16.02.2022-ci ildə X2 barəsində olan Xüsusi Tağım YPX-nin Qərarsız İXP ******* nömrəli, 11.02.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Xüsusi Tağım YPX-nin inspektoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə İXP ******* nömrəli, 11.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. X4 həmin protokoldan şikayət vermişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X4 tərəfində barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar yox, inzibati xəta protokolu mübahisələndirilmişdir. Halbuki o barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayət verməli idi, çünki məhkəmə qərarın qanuniliyini yoxlanmalıdır, protokol özlüyündə ittihamyönümlü sənəd olsa da şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə səlahiyyətli orqanın aktı deyildir. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayətlə (qərarın surətini əlavə etməklə) məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində olan Xüsusi Tağım YPX-nin İXP ******* nömrəli, 11.02.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 nöqsanları aradan qaldıraraq, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-726/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-726/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver