Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-728/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X2 tərəfindən verilmiş cərimənin silinməsi barədə ərizəyə baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, “QAZ 3110” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı ona məxsus minik avtomobilinə tərtib edilmiş cərimələrin silinməsini, mülkiyyətin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X1 müraciəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsində “QAZ 3110” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı ona məxsus minik avtomobilinə tərtib edilmiş cərimələrin silinməsini, mülkiyyətin ona geri qaytarılmasını xahiş etmişdir. Lakin, şikayətin xahiş hissəsində mübahisələndirililən qərarın tarixi, nömrəsi və hansı orqan tərəfindən qəbul edilməsi göstərilməmişdir. Eyni zamanda şikayətin xahiş hissəsində şikayətçi ona məxsus mülkiyyətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, məhkəmə inzibati xətalara dair qərardan şikayətə baxarkən belə bir səlahiyyətə malik deyildir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, şikayətçiyə qeyd olunan nöqsanların aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş “QAZ 3110” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı ona məxsus minik avtomobilinə tərtib edilmiş cərimələrin silinməsi, mülkiyyətin ona geri qaytarılması barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-728/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-728/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver