Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-730/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətin baxılmağa hazırlanma mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron- Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə yenə də icraatı rədd edən halın mövcud olmasını müəyyən etmişdir. Belə ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermə müddəti ötürülmüş və şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə əlavə edilməmişdir. Qeyd edilən qərardan şikayət verilmə müddəti qanunvericiliklə 10 (on) gün müəyyən edilmiş, müvafiq qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, qərardan şikayət isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 (on) günlük müddətin buraxılmasına görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından Cabbarov Cavid Fikrət oğlu tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-730/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-730/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver