Məhkəmə qərarları › İş №3(060)-732/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-732/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-732/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar - Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X4 iştirakları ilə, xx.xx.1981-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən 14 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-125/2014 saylı 26.05.2014-cü il tarixli icra sənədinə əsasən 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 anaları – Zərərçəkmiş şəxs himayəsinə verilməsi, Şəxs hər ay sabit pul məbləğində hər uşağa 103 (yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat miqdarında alimentin, 27.09.2013-cü il tarixdən başlayaraq tutulub, 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur . İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 4900 manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)- 125/2014 saylı 26.05.2014-cü il tarixli icra sənədinə əsasən 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 anaları – Zərərçəkmiş şəxs himayəsinə verilməsi, Şəxs hər ay sabit pul məbləğində hər uşağa 103 (yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat miqdarında alimentin, 27.09.2013-cü il tarixdən başlayaraq tutulub, 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur . Borclu hər ay 300 manat məbləğində aliment ödənişi etsə də, öncədən borcu qaldığı üçün 4900 manat aliment borcu yaranmışdır. Borclu əməkhaqqı alır və hər ay 300 manat ödəniş edir. Bu səbəbdən yaranmış borcun əmlaka yönəldilməsi ilə bağlı tədbir görülməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-125/2014 saylı 26.05.2014-cü il tarixli icra sənədinə əsasən 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 anaları – Zərərçəkmiş şəxs himayəsinə verilməsi, Şəxs hər ay sabit pul məbləğində hər uşağa 103 (yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat miqdarında alimentin, 27.09.2013-cü il tarixdən başlayaraq tutulub, 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Bu müddət ərzində 7800 manat borcu yaranmış daha əvvəl icra məmuru tərəfindən barəsində protokol tərtib edilmiş, protokola baxılan zaman 2000 borc götürərək aliment borcunu ödəmişdir. Hal-hazırda həmin borcu qaytarır 2 ay ərzində yekunlaşacaqdır. Bundan başqa həmin vaxtdan sonra hər ay mütəmadi olaraq 300-350 manat məbləğində aliment ödənişlərini edir. Lakin əvvəllər işsiz olduğu üçün ödəniş edə bilməmişdir və nəticədə aiment borcu yaranmışdır. Hər ay etdiyi aliment ödənişinin 210 manatı alimentə qalan hissəsi borcundan çıxılır. Hal-hazırda rəsmi iş yeri var və hər ay 450 manat məbləğində əməkhaqqı alır. Bu səbəbdən də öncəki ödənişləri edə bilməməsi və borcunun yaranması qərəzli olaraq boyun qaçırması deyil, maddi sıxıntılarla bağlı olmuşdur. Yeni ailə həyatı qurduğu və üçüncü övladı olduğu üçün birdəfəlik ödəniş edə bilmir. Əgər ona vaxt verilərsə borcundan hissə-hissə ödənişlər edə bilər. Eyni zamanda qeyd edir ki, ödənişləri mütamadi olaraq edir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Məhkəmə iclasında izahat verən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-125/2014 saylı 26.05.2014-cü il tarixli icra sənədinə əsasən borclu tərəfindən ödənişlər edilmədyi üçün aliment borcu yaranmışdır. Ötən ilin sentyabr ayında 7800 manay aliment borcu olmuş, həmin borcla bağlı bundan əvvəl də icra məmuru tərəfindən protokol tərtib edilmişdir, protokola baxılan zaman 2000 manat ödəniş etmiş və o, şikayətini geri çəkmişdir. Hal-hazırda 4900 manat borc vardır. Odur ki, Şəxs şikayətçi olduğunu nəzərə alaraq barəsində inzabati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, bunu icra məmuru da qəbul edir, imkanı çatdıqda ödəniş edir və edəcəkdir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, vəkilin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)- 125/2014 saylı 26.05.2014-cü il tarixli icra sənədinə əsasən 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 anaları – Zərərçəkmiş şəxs himayəsinə verilməsi, Şəxs hər ay sabit pul məbləğində hər uşağa 103 (yüz üç) manat olmaqla, ümumilikdə 206 (iki yüz altı) manat miqdarında alimentin, 27.09.2013-cü il tarixdən başlayaraq tutulub, 31.12.2007-ci il təvəllüdlü X1 və 16.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və icra məmurunun çıxışından göründüyü kimi Şəxs mütəmadi olaraq ödənişlər etməsi onun tam ödəniş etməməsinin qərəzli xarakter daşımadığını göstərir. Məhkəmə hesab edir ki, borclu şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi (№ AZ 50AİİB400170C**********214 VÖEN: **********) Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar