Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-739/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, 3-cü mikrorayon ərazisində kirayədə yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokolları əsasında inzibati xəta haqqında materiallar daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 14.03.2022-ci il tarixli qərardadı ilə Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-742/2022, 3(060)-741/2022, 3(060)-740/2022, 3(060)-743/2022 və 3(060)-739/2022 №-li işlər bir icraatda 3(060)-739/2022 nömrə ilə birləşdirilməsi, 3(060)-740/2022, 3(060)-741/2022, 3(060)-742/2022 və 3(060)-743/2022 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 06.03.2022-ci il tarixinə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlarında Bəxtiyar Qasımova aid həyətdən 65 manatlıq ev quşları oğurlamışdır. 06.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan Rəna Əliməmmədovaya aid həyətdən 100 manat dəyərində ev quşları oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağlarında yaşayan Zərərçəkmiş şəxs2 həyətindən 65 manatlıq ev quşlarını oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağlarında Tehran Adıgözəlova aid həyətdən 80 manat dəyərində ev quşlarını oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağları ərazisində S.Məmmədovanın yaşadığı həyətdən 100 manat dəyərində ev quşlarını oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin polis sahə rəisləri X4 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 bildirdi ki, 11.03.2022-ci il tarixdə naməlum şəxs və ya şəxslər hasardan aşma yolu ilə həyətə keçib həyətdə olan toyuq hinindən 4 ədəd ev quşu olan hind quşunu oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 80 manat maddi ziyan dəymişdir. Amma oğurluğun Şəxs tərəfindən edildiyini qəbul etmir. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 bildirdi ki, 10.03.2022-ci il tarixdən 11.03.2022-ci il tarixə keçən gecə ərzində naməlum şəxsin hasarı aşma yolu ilə ona məxsus evin həyətinə daxil olub hinin qapısını açaraq oradan 1 ədəd xoruz və 3 ədəd toyuğu oğurlamışdır. Xoruzun qiyməti 20 manat, toyuqların hər birinin qiyməti isə 15 manatdır. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 65 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 bildirdi ki, 06.03.2022-ci il tarixə keçən gecə yaşadığı evin həyətində hində saxladığı toyuqlardan 5 baş toyuq və bir baş xoruz naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Amma oğurluğun Şəxs tərəfindən edildiyini qəbul etmir. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 06.03.2022-ci il tarixinə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlarında Bəxtiyar Qasımova aid həyətdən 65 manatlıq ev quşları oğurlamışdır. 06.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan Rəna Əliməmmədovaya aid həyətdən 100 manat dəyərində ev quşları oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağlarında yaşayan Zərərçəkmiş şəxs2 həyətindən 65 manatlıq ev quşlarını oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, BTZ bağlarında Tehran Adıgözəlova aid həyətdən 80 manat dəyərində ev quşlarını oğurlamışdır. 11.03.2022-ci il tarixə keçən gcə Sumqayıt şəhəri, BTZ bağları ərazisində S.Məmmədovanın yaşadığı həyətdən 100 manat dəyərində ev quşlarını oğurlamışdır. Əməlindən peşmandır, ziyanı ödəməyə söz verir, ailəlidir, barəsində yüngül inziabti tənbeh verilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 müdafiəçisi Vəkil Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14.03.2022-ci il tarixli qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokollarla bağlı inzibati xəta haqqında materiallar geri qaytarılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokollarda göstərilən inzibati xətaları törətməsi sübuta yetirilir və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxsnın məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi beş inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 14.03.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokollarda göstərilən inzibati xətaların törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, hər bir protokol üzrə ayrılıqda 25 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati həbs növündə tətnbeh təyin edilsin. İnzibati həbsin əvvəli 15 mart 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-739/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-739/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver