Məhkəmə qərarları › İş №3(060)-739/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-739/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-739/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X2, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində daxili yolda yol-nəqliyyat hadisəsində zəər vuran “Khazar” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş nəticədə onun idarə etdiyi **-MH-*** qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. DYP qarşı tərəfə cərimə tətbiq etmiş, lakin ona da səbəbsiz yerə cərimə yazmışdır. Məhkəmə iclasında iştirak edən X6 şikayətinin maiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, o qarlı hava şəraitində baş yolla hərəkət etmiş və sağa məhlə arasına dönmək istəmişdir. Manevr etməmişdən öncə həmin məhlədən avtomobil çıxmasını görmüş və manevr etməmiş, yalnız tormoz vermişdir. Bu zaman avtomobili öz yolu ilə düzünə bir-iki metr sürüşmüşdür. Məhlədən çıxan avtomobil isə onu gözləməli olduğu halda gözləməmiş və sürüşərək qabaq hissəsi ilə onun avtomobilinin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Nəzərə almaq lazımdır ki, o əsas yolda olmuşdur, düzünə hərəkət etmiş olsaydı belə məhlədən çıxan avtomobil onu gözləməli idi. İndiki halda heç bir manevr etmədən əsas yolda olduğu halda məhlədən çıxan avtombil hadisəni törətmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 bildirmişdir ki, hadisə olan zaman sürücülər ilkin olaraq öz aralarında razılaşaraq oradan uzaqlaşmışlar, lakin həmin gün bir neçə saat sonra görüşdükdən sonra aralarında narazılıq olduğu üçün DİN 102 xidmətinə müraciət etmişlər. Araşdırma zamanı hadisənin həqiqətən də şikayətçinin dediyi qaydada baş verməsi müəyyən edilmişdir. Ona görə də “Khazar” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində İXM-in 327.2 və 327.6-cı maddələri inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Hadisə zamanı “Saipa Saina” markalı **-MH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 tormozdan istifadə etdiyi üçün bu manevr qaydasının pozulması kimi qiymətləndirilərək onun da barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 18:00-da “Saipa Saina” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində daxili yolda idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, buna görə də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, X6 “Saipa Saina” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili qarlı hava şəraitində yolda idarə edərkən yola bitişik ərazidən yola çıxan “Khazar” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili görərək, yolnəqliyyat hadisəsinin baş verməməsi üçün hər hansı dönmə əməliyyatını icra etmədən öz hərəkət yolunda tormozdan istifadə etmiş və bu zaman yola bitişik ərazidən yola çıxan avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Buna görə də “Khazar” markalı **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində İXM-in 327.2 və 327.6-cı maddələri inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Eyni zamanda “Saipa Saina” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 öz yolunda tormozdan istifadə etməsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulması kimi qiymətləndirilərək onun da barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilə yol şəratində, yəni “Saipa Saina” markalı **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hər hansı dönmə əməliyyatını icra etmədən öz hərəkət yolunda digər avtomobilin ona tərəf hərəkət etdiyini görüb yolnəqliyyat hadisəsinin qarşının alınması üçün tormozdan istifadə etməsi manevr etmə qaydalarını pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, yolda gedən hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Həmin Qanunun 50-ci maddəsinin V hissəsinə əsasən üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. Həmin Qanunun 50-ci maddəsinin Vİ hissəsinə əsasən sürücülərə: 1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. İndiki halda sürücü X3 tormozdan istifadə etməsi manevr olsa da, onun tormozdan istifadə etməsi yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə olmuşdur. Beləliklə də, tormozlama “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada icra edildiyindən manevr etmə qaydalarını pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə X3 hərəkətlərində hər hansı inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli TP7110589 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar