Məhkəmə qərarları › İş №3(060)-74/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-74/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-74/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, 26.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi "Dədə Qorqud" şadlıq sarayına gələrək İnzibati Xəta haqqında MN N° ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilmişdir ki, 08.11.2021-ci il tarixdə saat 18:30-da "Dədə Qorqud" şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq sarayının mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuşdur. İnzibati tənbeh vermə haqqında 06.12.2021-ci il tarixli, MN N°1119780 nömrəli qərara əsasən, o Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmayıb, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanılmışdır. Həmin tarixdə tərtib olunmuş protokolda bir sıra qanun pozuntuları ilə yanaşı göstərilən hallar da həqiqətə uyğun deyildir. Belə ki, həmin gün şadlıq sarayında toy şənliyi saat 14:00-dan 18:00-a qədər olub bitmişdir. Yoxlama şadlıq sarayında toy şənliyi bitəndən sonra yəni saat 18:30 radələrində aparılmış və sarayın nümayəndəsi protokola imza çəkməkdən imtina etmişdir. Protokolun tərtib edilməsinə səbəb isə vaxtı ilə onlara təklif olunmuş qurğunun quraşdırılması olmuşdur ki, həmin qurğu da tərəflərindən quraşdırılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən də baxış keçirilərək bəyənilmişdir. Həmçinin mətbəxin tüstü bacasına atmosferə atılan zərərli maddələrin miqdarını tənzimləyən xüsusi aparata quraşdırılmış və cavabdeh təşkilat tərəfindən həmin aparatın onların standartlarına tam şəkildə uyğun olması barədə müvafiq rəy verilmişdir. Əvvəllər də cavabdeh təşkilat tərəfindən yoxlamalar aparılmış, lakin hər hansı bir pozuntu aşkar edilməmişdir. Onun tərəfindən "xxxx" MMC ilə müqvilə bağlanılmış və həmin MMC-nin nümayəndələri tərəfindən vaxtı vaxtında tüstü bacalarına quraşdırılmış filtirlər təmizlənilir. Axırıncı dəfə 13.10.2021-ci il tarixdə tüstü bacaları təmizlənmiş, onun tərəfindən xidmətlərin yerinə yetirilməsinin haqqı kimi 200 (iki yüz) manat ödənilmiş və bu barədə mədaxil qəbzi də verilmişdir. Şadlıq evinin yerləşdiyi ərazi yaşayış evlərinin ətarfında yerləşmir. Protokol yazılan gün şadlıq evində hər hansı bir kütləvi tədbir keçirilməmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə, onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə bizə heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qərarın surətini 13.12.2021-ci il tarixdə almışdır. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 ifadəsində göstərdi ki, 08.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməmkdaşları tərəfində monitorinq keçirilmiş və "Dədə Qorqud" şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olması barədə 0610 saylı, 08.11.2021-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Monitorinq aktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları tərəfindən tərtib olunsa da, həmin xidmətin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığına görə inzibati xəta haqqında protokol 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməmkdaşları tərəfindən tərtib olunmuşdur. Aparılan manitorinq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "Dədə Qorqud" şadlıq sarayının direktoru Rəşad İmanovla "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC "Dədə Qorqud" şadlıq sarayında olan havalandırma və tüstü kanallarına quraşdırılmış filtirlərin təmizlənməsi kimi xidmətlər göstərir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13.10.2021-ci il tarixli 839781 nömrəli qəbzdən görünür ki, "Dədə Qorqud" şadlıq sarayında tüstü bacası təmizlənmişdir və xidmət haqqı olaraq 200 (iki yüz) manat ödənilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərardan şikayət vermiş şəxs X1 və protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə iş materiallarından müəyyən olunur ki, 26.11,2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi "Dədə Qorqud" şadlıq sarayına gələrək İnzibati Xəta haqqında MN N° ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilmişdir ki, guya 08.11.2021-ci il tarixdə saat 18:30-da "Dədə Qorqud" şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq sarayının mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuşdur. İnzibati tənbeh vermə haqqında 06.12.2021-ci il tarixli, MN N°1119780 nömrəli qərara əsasən, o Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, mətbəxin tüstü bacasına atmosferə atılan zərərli maddələrin miqdarını tənzimləyən xüsusi aparata quraşdırılmış və cavabdeh təşkilat tərəfindən həmin aparatın onların standartlarına tam şəkildə uyğun olması barədə müvafiq rəy verilmişdir. "Dədə Qorqud" şadlıq sarayının direktoru X4 Baca” MMC ilə müqvilə bağlanılmış və həmin MMC-nin nümayəndələri tərəfindən vaxtı vaxtında tüstü bacalarına quraşdırılmış filtirlər təmizlənilir. Axırıncı dəfə 13.10.2021-ci il tarixdə tüstü bacaları təmizlənmiş, onun tərəfindən xidmətlərin yerinə yetirilməsinin haqqı kimi 200 (iki yüz) manat ödənilmiş və bu barədə mədaxil qəbzi də verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, plandankənar (növbədənkənar) yoxlama vətəndaşların müraciəti əsasında keçirilməsi barədə yoxlayıcı orqan konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması barədə sübut təqdim etməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar