Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-74/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru: X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi: Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Azintest” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 13 dekabr 2024-cü il tarixli, EP ******* saylı protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azintest MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, hüquqi ünvanı AZ5022, Sumqayıt şəhəri, H.Z.Taqıyev, ev Texno-Park sahəsi olan Şəxs MMC tərəfindən ümumi gömrük dəyəri 6358 AZN, netto çəkisi 7.6 kq olan “elektirik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura” adlı yük xx.xx.2023-cü il tarixdə **********3216 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş və həmin yük Gürcüstana göndərilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq yükün geriyə qaytarılmasına dair gömrük orqanına müraciət daxil olmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Təsdiq olunmuş xx.xx.2023-cü il tarixdə **********3216 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında müvəqqəti ixrac əməliyyatları zamanı malların geri gaytarılması barədə öhdəlik əks olunmuşdur. Hüquq şəxs isə müvəqqəti ixrac gömrük prosedurunun tələblərinə, şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi və etiraza dəqiqləşmə təqdim edərək bildirdi ki, mal 01 avqust 2023-cü il tarixdə aparılmış, bəyan olunmuş, iki işçi X7 və X4 ezam olunmuşdur. Malı əl baqajında aparmış və xx.xx.2023-cü il tarixdə geri qaytarmışlar. Vəsiqələrdə də girişçıxışla bağlı məlumat vardır. Bundan sonra Azintest MMC-dən Gürcüstana ümumiyyətlə gedən olmamışdır. Hazırda aparat onlardadır. Qeyd olunan hal şahid ifadələri ilə təsdiq olunur. 11 sentyabrda yükün təkrar idxalı ilə bağlı gömrük orqanına müraciət olunsa da nəticəsi olmamışdır. Həmin avadanlıqdan qaytarıldıqdan sonra 2024-cü ilin fevral və aprel aylarında istifadə olunmuşdur, bununla bağlı protokolları məhkəməyə təqdim edir. Həmin avadanlıq 2023-cü ilin avqust ayı gedib qaytarılmış, həmin ilin sentyabr ayında həmin avadanlıqdan burada istifadə olunmuşdur. Hazırda məhkəməyə təqdim olunmuş sənədləri gömrük orqanına təqdim etməmişlər. Məhkəmədən protokolun təmin olunmamasını xahiş edir, hesab edirlər ki, iş üzrə icraata xitam verilməlidir. Etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 13 dekabr 2024-cü il tarixli EP ******* nömrəli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs MMC tərəfindən 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6358 manat, netto çəki 7,6 kq) olan elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yüklər müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş və Gürcüstana göndərilmişdir. Müvəqqəti ixrac müddəti 26 iyul 2024-cü ildə bitməsinə baxmayaraq yükün geriyə qaytarılmasına dair gömrük orqanına müraciət daxil olmamış və ya digər prosedur altında yerləşdirilməmişdir. Təsdiq olunmuş 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyənnaməsinin 44-cü qrafasmda müvəqqəti ixrac əməliyyatları zamanı malların geri qaytarılması barədə öhdəlik əks olunmuşdur. Protokolla razı deyillər, belə ki, 27 iyul 2023-cü il tarixli əmrlə Şəxs MMC-nin Elektrik Avadanlıqlarının Təmiri, Sazlanması və Sınağı xidmətinin 11-ci dərəcəli mühəndisi X7, 31 iyul 2023-cü il tarixli əmrlə Şəxs MMC-nin Elektrik Avadanlıqlarının Təmiri, Sazlanması və Sınağı xidmətinin sürücüsü X4 01 avqust 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək Gürcüstana Respublikasının Tbilisi və Axalkalaki şəhərlərinə ezam olunmuşlar. 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6358 manat) olan elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yük müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş və əl baqajı ilə Gürcüstan Respublikasına göndərilmişdir. 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yük 20 avqust 2023-cü ildə MMC-nin əməkdaşları X7 və X4 tərəfindən əl baqajında geri qaytarılmış, lakin Azərbaycan Respublikası ərazisinə daxil olan zaman təkrar idxal bəyannaməsi olmadan buraxılmışdır. 11 sentyabr 2024-cü ildə ərizə ilə gömrük orqanına müraciət edilərək yükün təkrar idxal edilməsinə köməklik göstərilməsi xahiş edilsə də heç bir nəticə olmamışdır. Hesab edirlər ki, qeyd olunan halda Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyil. Qeyd edilənlərə əsasən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Etiraza dəqiqləşmə ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 13 dekabr 2024-cü il tarixli EP ******* nömrəli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs MMC tərəfindən 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyənnaməsi ilə (ümumi gömrük dəyəri 6358 manat, netto çəki 7,6 kq) olan elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yüklər müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş və Gürcüstana göndərilmişdir. Müvəqqəti ixrac müddəti 26 iyul 2024-cü ildə bitməsinə baxmayaraq yükün geriyə qaytarılmasına dair gömrük orqanına müraciət daxil olmamış və ya digər prosedur altında yerləşdirilməmişdir. Təsdiq olunmuş 01 avqust 2023cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında müvəqqəti ixrac əməliyyatları zamanı malların geri qaytarılması barədə öhdəlik əks olunmuşdur. 21 yanvar 2025-ci il tarixli etirazda 27 iyul 2023-cü il tarixli əmrlə “Azintest" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri. Sazlanması və Sınağı xidmətinin 11-ci dərəcəli mühəndisi X5 və 31 iyul 2023-cü il tarixli əmrlə "Azintest” MMC- nin Elektrik Avadanlıqlarının Təmiri, Sazlanması və Sınağı xidmətinin sürücüsü X1 01 avqust 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək Gürcüstana Respublikasının Tbilisi və Axalkalaki şəhərlərinə ezam olunduqlarını qeyd etmişlər. Bundan başqa göstərmişlər ki, 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyənnaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yük 20 avqust 2023-cü ildə MMCnin əməkdaşları X7 və X4 tərəfindən əl baqajında geri qaytarılmış, lakin Azərbaycan Respublikası ərazisinə daxil olan zaman təkrar idxal bəyənnaməsi olmadan buraxılmışdır. Hazırda bildirmək istəyirlər ki, ezam olunmuş əməkdaşlardan biri də "Azintest” MMC-nin Elektrik Avadanlıqlarının Təmiri, Sazlanması və Sınağı xidmətinin mühəndisi X8 olmuşdur. Dəqiqləşdirərək qeyd edirlər ki, 01 avqust 2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyənnaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura adlı yük 20 avqust 2023-cü ildə MMC-nin əməkdaşları X7 və X8 tərəfindən təyyarə ilə geri qaytarılmış, X4 isə avtomaşınla geri qayıtmışdır. Bundan başqa nəzərə çatdırmaq istəyirlər ki, Azintest MMC-də bu tip rəqəmsal milliommetr PTF-1 avadanlığından cəmi 1 (bir) ədəd mövcuddur, (əsas vəsait hesabatından çıxarış əlavə edilir) Rusiya istehsalı olan PTF-1 zavod № 5048 markalı avadanlıq qaytarıldıqdan sonra 20/21 sentyabr 2023-cü ildə, 02 fevral 2024-cü ildə və 6/9 aprel 2024-cü ildə STDC MMC-də güc transfarmatorunun sınağında istifadə edilmişdir, (bu halı təsdiq edən protokollar əlavə edilir). Göstərilənlərə əsasən müəyyən olunur ki, qeyd olunan halda Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyil. Qeyd edilənlərə əsasən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 bildirdi ki, 01 avqust 2023-cü il tarixdə ezamla bağlı Gürcüstan Respublikasına getmişlər. Gedərkən avadanlıq onda olmuş, işlərini bitirib 19 gün sonra geri qayıtmışlar, həmin avadanlıq da əl çantasında qayıtmışdır. Gedərkən iş yoldaşları və sürücü ilə birlikdə getmiş, qayıdarkən də həmçinin iş yoldaşları olmuş və onun yanında Aydın adlı iş yoldaşı olmuşdur. Gedərkən həmin avadanlığı əl çantasında aparmağa icazə vermədiklərindən əlavə yük üçün ödəniş edərək avadanlığı yük yerinə göndərmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 bildirdi ki, gedərkən iş yoldaşı Anarla birlikdə getmiş, həmin vaxt avadanlığın Anarın əlində olduğunu görmüş, təyyarəyə daxil olarkən sənədləri yoxlamış, həmin avadanlığı təyyarənin yük yerinə qoymuşlar. Qayıdarkən o, avtomobillə, Anargil təyyarə ilə qayıtmışlar, buna görə də həmin vaxt baş verənlərə o, şahid olmamışdır. Anar qayıdarkən yanında Muradov Aydın adlı iş yoldaşı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azintest MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Azintest MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli **********3216 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azintest MMC tərəfindən ümumi gömrük dəyəri 6358 AZN olan “elektrik vahidlərinə nəzarət və ya onun ölçülməsi üçün digər cihaz və aparatura (əl baqaj)” yükü müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş və Tbilisi şəhərində yerləşən OOO “Railvays Communications and Technologies” şirkətinə göndərilmişdir. - Ezamiyyə vərəqələrindən görünür ki, elektrik avadanlıqlarının təmiri, saxlanması və sınağı xidmətinin mühəndisləri X7, X8 və elektrik avadanlıqlarının təmiri, saxlanması və sınağı xidmətinin sürücüsü X4 19 gün, yəni xx.xx.2023-xx.xx.2023-cü ilədək Gürcüstan Respublikası, Tbilisi şəhəri, Axalkalakidə ezamiyyətdə olmuşlar. - Azintest MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC və Gürcüstanın "xxxx" ASC şirkətləri arasında №11 saylı, xx.xx.2023- cü il tarixli xidmət müqaviləsi çərçivəsində 1 ədəd milliometr PTF-1 (kabel sıxacları ilə komplekt) qeydedici qurğusuz universal ölçü cihazı, dəmir yolu xətlərinə aid avadanlıqların sınaqdan keçirilməsi üçün Gürcüstan Respublikasına №**********3216 saylı 01,08.2023-cü il tarixli bəyannamə əsasında müvəqqəti ixrac gömrük proseduru altında ixrac edilmişdir. İcrası nəzərdə tutulmuş işlər bitdikdən sonra, 1 ədəd milliometr PTF-1 (kabel sıxacları ilə komplekt) qeydedici qurğusuz universal ölçü cihazı Şəxs MMC əməkdaşı tərəfindən əl baqajı ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan zaman təkrar idxal bəyannaməsi olmadan buraxılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq yükün təkrar idxal edilməsinə köməklik göstərilməsini xahiş edirlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********3216 saylı gömrük bəyannaməsində qeyd edilən malın geri qaytarılması üzrə nəzərdə tutulmuş öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin həmin müddətdə mal geriyə qaytarılmamış və ya malın digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı tədbir görülməmişdir. Məhkəmə hüquqi şəxs tərəfindən təqdim edilmiş protokollarla bağlı qeyd edir ki, həmin protokollar məhz bəyannamədə göstərilən avadanlığın qanunla müəyyən edilmiş vaxtda qaytarılmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin avadanlığın qanunla müəyyən edilmiş vaxtda qaytarılması gömrük orqanı tərəfindən təsdiq edilmədiyindən təqdim edilmiş sənədlər rəsmi xarakter daşımır və məhkəmə üçün heç bir sübuti əhəmiyyət kəsb etmir. Bəyannamədə adı qeyd edilən avadanlığın qanunla müəyyən olunmuş vaxtda qaytarılması şahid ifadəsindən başqa sübutla təsdiq olunmur və eyni zamanda hüquqi şəxsin nümayəndəsi də məhkəmə iclasında vermiş olduğu ifadəsində bu barədə gömrük orqanına rəsmi qaydada müraciət etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixdə təsdiq olunmuş, 244 saylı “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi”qaydalarının 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 499.1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir.” - 18.5-ci maddəsinə əsasən, həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5022, ünvan 2 ünvanında olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 20 (iyirmi) faizi məbləğində, yəni 1271,6 (bir min iki yüz yetmiş bir tam altı) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-74/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-74/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver