Məhkəmə qərarları › İş №3(060)-740/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-740/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-740/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26687488 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 26687488 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəfail Şahbazov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəfail Şahbazov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 11:02:57-də Sumqayıt şəhəri, Nərimanov küçəsində “KİA SORENTO” minik markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobillə duracağa daxil olan zaman SMS Radar vasitəsi ilə mobil telefonuna İXM-nin 346.4 maddəsi ilə 80 manat və 2 bal cərimə yazılması ilə bağlı sms göndərilmiş və həmin avtomobilə Baş X4 İdarəsi tərəfindən xx.xx.2025- ci il tarixli EQ 26687488 saylı elektron qərar qəbul edilmişdir. Baş X4 İdarəsi tərəfindən İXM-nin 346.4-ci maddəsi ilə Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 16.03. 2025-ci il tarixli EQ 26687488 saylı elektron qərar qəbul edilərək 80 manat məbləğində və 2 bal cərimə növü tətbiq edilmişdir. O, bu cərimə növü ilə razı deyil. Bu cəriməni qanunsuz və əssassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli EQ 26687488 saylı elektron qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən Şəfail Şahbazov verilmiş suallara cavab olaraq bildirdi ki, qeyd edilən tarixdə o, özünə məxsu avtomobillə Nərimanov küçəsi, bazar adlanan ərazidə avtombobilini park etmək üçün yer axtarmış, bu zaman digər avtomobilin sahibinin yük hissəsinə aldığı əşyaları yığdığını görüb onun artıq parklanma yerindən çıxmaq istədiyini zən etmiş, bu səbəbdən onun həmin yerdən çıxmasını gözləmişdir. Bu müddət təxminən 1-2 dəqiqə çəkmişdir. Bundan təxminən 2 dəqiqədən sonra qayda pozuntusu etməsi barədə tərtib edilmiş elektron protokol onun mobil telefonuna sms vasitəsilə BDYPİ tərəfindən göndərilmişdir. Hesab edir ki, heç bir qayda pozuntusu etməmiş, həmin yerdə parklanma yerinə daxil olmaq üçün təxminən 1-2 dəqiqə gözləməsi onun inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün əsas ola bilməz. Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2025-ci il tarixli, EQ 26687488 saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 559471476E241A3B saylı təhlükəsiz şəhər kameradan çəkilmiş xx.xx.2025-ci il tarixli fotodan görünür ki, “KİA SORENTO” minik markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında 2-ci cərgədə dayanmış, digər hərəkət iştirakıçılarının hərəkətinə ciddi maneə törətmişdir. Fotoşəkildən onu da görmək olur ki, həmin avtomobilin sağ hissəsi avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş hissədir sıra ilə çoxlu sayda avtomobil park edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə Şəfail Şahbazovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə Şərail Şahbazovun həqiqətən qeyd edilən ərazidə digər avtomobilin parklanma yerindən çıxaması üçün onu təxminən bir iki dqiqə gözlədiyini bildirsə də, özünü həmin maddə ilə təqsirli hesab etməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşır və məhkəmə hesab edir ki, sonuncu məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə iclasında qərardan şikayət edən şəxs Şərail Şahbazov yolun hərəkət hissəsində avtomobilini 1-2 dəqiqə saxladığını etiraf etmiş, lakin bu halı onunla izah etmişdir ki, bu halı cəmi iki dəqiqəlik müddətdə digər nəqliyyat vasitəsinin parklanma yerindən çıxmasını gözləməsi ilə izah etmişdir. Məhkəmə qeyd edir ki, həmin vaxt Şərail Şahbazovun avtomobilinin yolun hərəkət hissəsində məcburi dayanması üçün qanunda göstərilən hər hansı əsas olmamış, bu barədə təsdiqləyici sübut məhkəməyə təqdim edilməmiş, fotoşəkildən bu hal müşahidə edilməmişdir. Göründüyü kimi Şəfail Şahbazov həqiqətən də istifadəsində olan qeyd edilən avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Şəfail Şahbazovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 26687488 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qayda pozuntusunun əks olunduğu fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar