Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-741/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əlibabayev Rauf Vahid oğlunun iştirakı ilə, Əlibabayev Rauf Vahid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt şəhər X11 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından Əlibabayev Rauf Vahid oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əlibabayev Rauf Vahid oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə əsassız olaraq qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 1312 radələrində Toyota Prius (Hibrid) Minik markalı 50FB738 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sumqayıt şəhər 9-cu mkr ərazisində hərəkət edərkən yol hərəkəti qaydalarına riayət edərək işıqforun yaşıl işığında sola dönərkən Sumqayıt şəhər DYPŞ Patrul Xidməti X4 X3 tərəfindən saxlanılmış və əsassız olaraq ordan dönmək qadağandır nişanın tələbini pozduğunu bildirmişdir (avtomobil 99YP162: Döş nişanı № 0128). DYP-nin Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən əsassız olaraq İXM-nin 327.1-ci maddəsinə əsasən (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə) TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edərək 40 manat cərimə yazmışdır. O, qərarı xx.xx.2025-ci il tarixində almışdır. Əsassız və qanunsuz yazılan 40 manat cərimə ilə razı deyil və hesab edir ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə əsassız olaraq qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Əlibabayev Rauf Vahid oğlu bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində "xxxx" ASC-dən “Mətanət” şadlıq sarayına gedən yolda svetofordan sola “Lüdviq” parkına dönmüşdür. Hesab edir ki, orada hər hansı qadağanedici nişan olmadığından sola dönmək olar. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X10 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Əlibabayev Rauf Vahid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan Əlibabayev Rauf Vahid oğlu tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Əlibabayev Rauf Vahid oğlu xx.xx.2025-ci il tarixdə “Toyota Prius (Hibrid) minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində işıqfordan sola dönmə əməliyyatı etmişdir. Həmin görüntülərdən görünür ki, yolun hərəkət hissəsinin işarə tələbinə əsasən yalnız düzünə və sağa dönmə əməliyyatı etməyə icazə vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanunun 36-cı mddəsinin İ bədinin 2-ci hssəsinə əsasən “Yol hərəkətinin iştirakçıları: yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanunun 59-cu maddəsinin İV bəndinə əsasən “Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.” Həmin Qanunun 60-cı maddəsinin İ bəndinə əsasən “Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.” “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin V bəndinə əsasən yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10, 1.17 və 1.25 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. Həmin qanunun Vİ maddəsinin İ bəndində əsasən 1.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də Əlibabayev Rauf Vahid oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə “Toyota Prius (Hibrid) minik” markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməyərək sola dönmə əməliyyatı edilmiş və yol hərəkəti qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X11 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əlibabayev Rauf Vahid oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əlibabayev Rauf Vahid oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi X11 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əlibabayev Rauf Vahid oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər X11 Şöbəsi tərəfindən Əlibabayev Rauf Vahid oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-741/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-741/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver