Məhkəmə qərarları › İş №3(060)-744/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-744/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-744/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1963-cü ildə Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, evli, orta təhsilli, “Karvan” TM-də təsərrüfatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 15 mart 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 209.000,00 manat alınaraq X3 xeyrinə ödənilməlidir. Birclu borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)- 59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 209.000,00 manat pul X3 xeyrinə ödənilməsi hissəsində üzürsüz səbəbdən icra etməmişdir. Borclu halhazırda heç bir ödəniş ödəyə bilmir lakin, borcun ödənilməsi üçün hər ay əmək hqqısının 100% həcmini icra sənədi üzrə tələbkarın xeyrinə ödəyə biləcəyini bildirmişdir. Tələbkar şikayət etdiyinə görə borclu barəsində protokol tərtib etmişdir. Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən 25 fevral 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin qərar 30 mart 2021-ci ildə borcluya təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 209.000,00 manat pul X3 xeyrinə tutulmalıdır. Hal-hazırda borclu ilə öz aralarında razılığa gəlmişlər. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan 209.000,00 manat pul X3 xeyrinə ödənilməlidir lakin o, sözü gedən hadisə ilə bağlı məhkəmə hökmü ilə 4 il 7 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19.12.2020-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra cəzasının sonu ilə cəzadan azad edilmişdir. Hal-hazırda icra sənəd üzrə tələbkarla razılığa gəlmişlər. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərardan görünür ki, 25 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri ürə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-59/2017 saylı 21 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs barəsində icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin qərar 30 mart 2021-ci ildə borcluya təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı X10 müəssisəsinin 31 oktyabr 2019-cu il tarixli 17/52-1000 №-li 185 saylı şəxsi işə dair arayışdan görünür ki, 12 saylı X10 müəssisəsində cəza çəkən, Azərbaycan respublikası Ali Məhkəməsinin 16.02.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsinə əsasən 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Şəxs cəzasının əvvəli 20.05.2016-cı il; cəzasının sonu 20.12.2020-ci il Pentensiar Xidmətin 23.02.2017-ci il tarixli 17/4-2424 saylı məktubuna əsasən məhkum Şəxs 23.02.2017-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı X10 müəssisəsinə keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı X10 müəssisəsinin rəis vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Ziya Hümmətov tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinin rəis müavini Kazım Kazımova ünvanladığı 22 yanvar 2021-ci il tarixli 17/52-50 №-li məktubunda qeyd olunmuşdur ki, məhkum Şəxs 19.12.2020-ci il tarixində 12 saylı X10 müəssisəsindən azad olunduğu üçün ona aid olan 21 noyabr 2017-ci il tarixli 2(060)-59/2017 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunmuşdur ki, Şəxs “Karvan” TM-də müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs X6 obyektində aylıq 300 manat əmək haqqı almaqla təsərrüfatçı vəzifəsində işləyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında öz aralarında razılığ olmuş və icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi iş üzrə icraata xitam verilməsini bildirmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar