Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-744/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Metodoloji təminat bölməsinin rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri Nümayəndə və X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilət tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 01 aprel 2024-cü il tarixli, 00700-00059/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Metodoloji təminat bölməsinin rəisi X3 bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərinin daşındığı 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş raporta əsasən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün gec xx.xx.2024-cü il saat 12:00-də, yəni mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra elektron qaydada gömrük orqanına təqdim edilmişdir. Həmçinin bildirmişdir ki, hazırda Şəxs MMCnin nümayəndələri iddia edirlər ki, qısa idxal bəyannaməsi xx.xx.2024-cü ildə göndərilmişdir. Lakin, bu qısa idxal bəyannaməsinin yaradıldığı tarixdir. Bəyannamə sistemdə yaradılsa da, gömrük idarəsinə göndərilmədiyi üçün sistemdə görünməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, onlar qısa idxal bəyannaməsini xx.xx.2024-cü ildə elektron qaydada göndərmişlər. Qısa idxal bəyannaməsinin tarixi və nömrəsi sistem tərəfindən avtomatik qaydada verilir. Bəyannamənin tarixinə baxdıqda onun xx.xx.2024-cü ilə aid olması müəyyən edilir. Bəyannamə üzrə ödəniş də xx.xx.2023-cü ildə olmuşdur. Digər tərəfdən əgər bəyannamə göndərilməsə idi ona nömrə də verilməzdi. Belə ki, “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron gömrük bəyannaməsinin qəbulu” Elektron Gömrük Xidmətindən istifadə metodikasının 7-ci bəndinə əsasən təyinat gömrük orqanı seçilir və “rəsmiləşdirmək üçün göndər” düyməsi basılır. Bundan sonra bəyannaməyə avtomatik olaraq qeydiyyat nömrəsi verilir. İndiki halda bəyannaməyə avtomatik nömrə və tarix xx.xx.2024-cü ildə verilmişdir. Bu isə bir daha təsdiq edir ki, onlar bəyannaməni həmin tarixdə vermişlər. Gömrüyün elektron sistemində hər hansı problemin olması onlardan asılı olan hal deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 iş üzrə inzibati xəta tərkibi mövcud olmamasını qeyd edərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Dövlət Gömrük Komitəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33- 1800/012/001184 nömrəli raportundan görünür ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərinin daşındığı 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün gec xx.xx.2024-cü il saat 12:00-də, yəni mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra elektron qaydada gömrük orqanına təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin 01 aprel 2024-cü il tarixli, 00700-00059/24 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Asiklik karbohidrogenlər doymuşlar- İsobutan” yüklərinin daşındığı 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41 -də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 1800/012/001184 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərinin daşındığı 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün gec xx.xx.2024-cü il saat 12:00-də, yəni mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra elektron qaydada gömrük orqanına təqdim edilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC- nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərinin daşındığı 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 11:41-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi rəsmiləşdirmək üçün gec xx.xx.2024-cü il saat 12:00-də, yəni mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra elektron qaydada gömrük orqanına təqdim edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli, 3-33-1800/012/001184 nömrəli raport, xx.xx.2024-cü il tarixli, **********8849 sorğu nömrəli gömrük bəyannaməsi, Şəxs MMC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə izahatı, xx.xx.2024-cü il tarixli 01582 nömrəli CMR, Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. - X6 və elektron gömrük sistemindən çıxarışlardan görünür ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərə görə qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə ona qeydiyyat nömrəsi verilmiş və bəyannamə üzrə ödənişlər edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron gömrük bəyannaməsinin qəbulu” Elektron Gömrük Xidmətindən istifadə metodikasının 7-ci bəndinə əsasən təyinat gömrük orqanı seçilir və “rəsmiləşdirmək üçün göndər” düyməsi basılır. Bundan sonra bəyannaməyə avtomatik olaraq qeydiyyat nömrəsi verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Belçikadan 34FİA899/34HHY448 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərə görə qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə ona avtomatik olaraq qeydiyyat nömrəsi verilmiş və bəyannamə üzrə ödənişlər tutulmuşdur. Məhkəmə qeyd edir ki, qısa idxal bəyannaməsinə xx.xx.2024-cü il tarixdə avtomatik olaraq qeydiyyat nömrəsi verildiyi və ödənişlər tutulduğu üçün bəyannamənin həmin tarixdə təyinat gömrük orqanına göndərilməsi təsdiq edilir. Belə ki, “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron gömrük bəyannaməsinin qəbulu” Elektron Gömrük Xidmətindən istifadə metodikasının 7-ci bəndi ilə də müəyyən edilir ki, bəyannamə üzrə təyinat gömrük orqanı seçilərək rəsmiləşdirmək üçün göndərmə əməliyyatı icra edilməsə idi, bəyannaməyə avtomatik olaraq qeydiyyat nömrəsi verilə bilməzdi. Məhz həmin həmin əməliyyatdan sonra bəyannaməyə avtomatik olaraq qeydiyyat nömrəsi verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-744/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-744/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver