Məhkəmə qərarları › İş №3(060)-746/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-746/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-746/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X7 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkarlar X5 etibarnamə üzrə nümayəndəsi X1 və X8 etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 28 mart 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4249 saylı, xx.xx.2018-ci il tarixli və 2(060)-7032 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6.250,00 manat aliment borcunu üzürsüz səbəbdən ödəm ödəməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4249 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X9 ödənilməlidir. Borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Borclu qeyd olunan icra sənədi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1783/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Halhazırda aliment borcu 4.550,00 manat təşkil edir və tələbkarın etibarnamə üzrə nümayənəsi qeyd olunan borcun tam ödənilməsini tələb edir. Bundan başqa digər icra sənədi üzrə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7032/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X11 ödənilməlidir. Sözü gedən icra sənədi üzrə borclu barəsində məcburi icra tədbirləri görülmüş, axtarış qərarı nəticəsində tutularaq icra idarəsinə gətirilmiş və borclu aliment borcundan bu günədək heçbir ödəniş etməmişdir. Hal-hazırda aliment borcu 1.700,00 manat təşkil edir. və tələbkarın etibarnamə üzrə nümayənəsi qeyd olunan borcun hisshissə ödənilməsinə etirazı olmadığını bildirişdir. Hal-hazırda hər iki icra sənədləri üzrə aliment borcları 6.250,00 manat təşkil edir və borclu qeyd olunan aliment borclarını üzrsüz səbəbdən icra etməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X5 etibarnamə üzrə ünamyəndəsi X3 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4249 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X9 ödənilməlidir. Hal-hazırda aliment borcu 4.550,00 manat təşkil edir. Qeyd olunan aliment borcunun ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X8 etibarnamə üzrə nümayəndəsi X12 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7032/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X11 ödənilməlidir. Hal-hazırda aliment borcu 1.700,00 manat təşkil edir. Qeyd olunan aliment borcun hissə-hissə ödənilməsinə etirazı olmadığını bildirərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4249 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X9 ödənilməlidir. Digər icra sənədi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7032/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan hər ay hər uşaq üçün 160,00 manat olmaqla, ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X11 ödənilməlidir. O uzun müddət işsiz olduğundan aliment ödənişlərindən yayınmışdır, hazırda yığılmış aliment borcundan ödəniş etməyə maddi imkanının olmadığını, lakin hal-hazırda o Qaradağ rayonunda mövcud olan "xxxx" MMCdə yeni işə qəbul olduğunu və qısa müddət ərzində aliment borclarından ödəniş edəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarların etibarnamə üzrə nümayəndələrinin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 mart 2023-cü il saat 15:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar