Məhkəmə qərarları › İş №3(060)-749/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-749/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-749/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X3 və etibarnamə üzrə nümayəndə X4 iştirakları ilə, Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi (bundan sonra mətndə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən 05 mart 2022-ci il tarixdə Şəxsin (VÖEN **********) (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 233.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 02.03.2022-ci il tarixdə saat 12:40 radələrində Şəxs MMC-nin ətraf ərazisində aparılan analiz ölçmə işlərinin nəticəsində zərərli maddələrin miqdarının yol verilə bilən normadan artıq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün 15 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 30 mart 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçisi X6 izahatında bildirdi ki, sözügedən müəssisəyə qonşu olan “Korbamit” zavodunun rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəxs MMC-nin fəaliyyəti zamanı onların ərazisindən çıxan tüstünün miqdarından şikayət verilmişdir. Bununla bağlı tərfindən sözügedən müəssisə ətrafında monitorinq işləri aparılmış, müəssisənin tüstü borsundan tüstünün çıxması müşahidə edilmişdir. Bununla bağlı idarə tərəfindən Nazirliyin Milli Hidrometorologiya xidmətinə müraciət olunmuşdur ki, müəssisənin ərazisində analiz ölçmə işləri aparılsın. 02.03.2022-ci il tarixində xidmətin əməkdşı Əsgərov Rüstəm sözügedən müəssisənin ərazisində analiz ölçmə işləri aparmış, cihazın göstəricilərinə əsasən ətraf mühitə atılan tullantı (tüstü) normadan artıq olmuşdur. Milli Hidrometorologiya Xidmətinin verdiyi arayışa əsasən tərəfindən 05.03.2022-ci il tarixdə Şəxs MMC-yə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 Məmmədovun izahatına uyğun izahat verərək məhkəmədən MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, protokol tərtib etmiş şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan digər sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan operativ monitorinq mərkəzinin baş mütəxəssisi Rüstəm Əsgərov və 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin müfəttişləriu Sabir Məmmmədov və Rafiq Quliyevi tərəfindən tərtib edilmiş 02.03.2022-ci il tarixli, 0097 saylı monitorinq aktından görünür ki, ANKAT-64M3-03 cihazı vasitəsilə, 02.03.2022-ci il tarixdə Sumqayıt Texnologiyalar Parkının ərazisində fəaliyyət göstərən Şəxs MMC-nin ətraf ərazisində aparılmış ölçmə işlərinin nəticələrinə əsasən atmosferə atılan zərərli qazların miqdarı CO-18,1 mq/m3 (norma: 5 mq/m3), SO2-0,4 mq/m3 (norma: 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində yüksək olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi monitorninqdə iştirak etsə də akta imza atmaqdan imtina etmişdir. İş materialına əlavə olunmuş yoxlama şəhadətnaməsindən görünür ki, yoxlama zamanı istifadə etilən ANKAT-64M3-03 cihazı 24.12.2021-ci il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi 23.03.2022-ci il qeyd olunmuşdur. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 4.19-cu bəndinə əsasən həmin Məcəllənin 152.4, 234.0.1, 253.3.4, 253-1.1.3, 253-1.2.1, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur və həmin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 02.03.2022-ci il tarixində Operativ Monitorinq mərkəzinin və 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən monitorinq keçirilmiş, ölçmə işləri Şəxs MMC-nin ətraf ərazilərində sabit hava şəraitində saat 12:40 radələrində ANKAT-7664 cihazı vasitəsilə aparılmışdır. Təyin edilən göstəricilərə əsasən Şəxs MMC-də CO-18,1 mq/m3 (norma: 5 mq/m3), SO2-0,4 mq/m3 (norma: 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən edilmişdir. Yoxlama zamanı istifadə etilən ANKAT-64M3-03 cihazının yoxlama tarixi 23.03.2022-ci il tarixə qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10.500,00 (on min beş yaz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar