Məhkəmə qərarları › İş №3(060)-752/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-752/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-752/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Şahmar Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları massivi Uçuq binada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında yaşadığı binada ucadan ünvansız nəlayiq söyüşlər söyməklə, qonşuları narahat etməklə, o cümlədən Şahid söyüb təhqir etməklə xırda xuliqanlıq əməlini törətməsi səbəbi ilə barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Ş.Qəhrəmanov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, qeyd olunan ünvanda tək yaşayır. xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə məlumatı və Sumqayıt ŞPİ-nin 4-cü PB-ə müraciət etmişdir. Bildirir ki, həmin gün enerji içkisi olan “Yaguar” içmişdir. Ara sıra pivə də qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında evdə enerji içkisi olan “Yaguar” qəbul etmiş, evdən çıxdıqdan sonra xatırlamadığı səbəbdən Seymur və digər qonşularla aralarında mübahisə yaranmış uca səslə qışqırmışdır. Bildirir ki, bir müddət öncə Seymurla onun münasibətləri olmuşdur. Daha sonra həmin şəxslərin çağırışı əsasında polis əməkdaşları onu PB-nə aparmış, sərxoşluq müayinəsindən keçirmişlər. Evə gəldikdən sonra xx.xx.2025-ci il tarixdə saat 04:00-dan 06:00-a qədər ola müddət ərzində naməlum şəxs və ya şəxslərin yaşadığı evin qapısının açıq olmağında istifadə edərək evdə olan 1 ədəd sərinləndiricini oğurladığını aşkar edib bu barədə polis məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 40 manat maddi ziyan dəymişdir. Yataqxananın dəhlizində səs-küy salmasına, ictimai qayda pozaraq insanları narahat etdiyinə görə əməlinıdən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid Mayıl oğlu izahatında bildirdi ki, hal-hazırda Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Uçuq binada həyat yoldaşı X1, iki azyaşlı qızı ilə birgə yaşayır. İndiyə qədər heç bir qonşu ilə aralarında problem olmamışdır. Şəxs 6-7 ay olar ki, qonşuluğuna köçmüşdür. O, qonşuluğa köçdükdən sonra demək olar ki, bütün qonşularla mübahisəli vəziyyətdə olmuşdur. Onun indiyədək Hicranla heç bir münasibəti olmasa da, Hicran yalandan qonşular arasında şayiə yayaraq guya onun bir müddət onunla birgə yaşayıb sonradan onu tərk etdiyini bildirdiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində evdə yatdığı zaman Şəxs qışqırıq səslərinə oyanmış, çölə çıxdıqdan sonra Hicranın sərxoş vəziyyətdə yarıçılpaq halda onun ünvanına nalayiq ifadələr səsləndirdiyini görmüşdür. Onu nə qədər sakitləşdirməyə çalışsa da, xeyri olmamış, həmçinin Şəxs onu bıçaqlayacağını bildirmişdir. O, bu barədə DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsindən sonra həmin qadın oradan uzaqlaşdırılmışdır. Bildirir ki, o, Hicranın evində heç vaxt olmamışdır. Nə o,, nə də ki, həyat yoldaşı onun sərinkeşini götürməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, qadının sərxoş vəziyyətdə olmasından qonşular istifadə etmiş ona bu cür hərəkətlər törətməyi üçün qəsddən təzyiq etmişlər. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Röyal Rəcəbli tərəfindən 4-cü PB-nin rəisi Kamran Hümbətova verilmiş 31 mart 2025-ci il tarixli raportdan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə göndərilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 510-cu maddəsilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” 26 mart.2025-ci il tarixli, A/614 nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə, saat 07:20-də müayinə olunmuş, müayinə zamanı onun orta dəcəli şərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” 31 mart.2025-ci il tarixli, A/658 nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə, saat 23:20-də müayinə olunmuş, müayinə zamanı onun orta dəcəli şərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Hadisəni özündə əks etdirən bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən Hicran Mənmmədovanın həqiqətən də binanın koridorunda çoxlu sayda insanların ətrafında yarıçılpaq və alkoqol sərxoşluğu vəziyyətində qışqıraraq ünvansız nalayiq ifadələr işlətidiyi müəyyən edilir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 31 mart 2025-ci il tarixdə saat 23:00-da tutulmuş, 01 aprel 2025-ci il tarixdə saat 12:00-da buraxılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş sahə rəsisini, şahidi, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində Yaşadığı binanın koridorunda yüksək səslə ünvansız nalayiq ifadələr işlətməklə kənardakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictimai qaydaları kobud surətdə pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü Polis Bölməsinin sahə rəisi Qəhrəmanovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nın qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, şəxsin əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 31 mart 2025-ci il tarixdə, saat 23:00də tutulmuş, 01 mart 2025-ci il tarixdə azad edilmişdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən 01 (bir) gün müddətə saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar