Məhkəmə qərarları › İş №3(060)-755/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-755/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-755/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Cəbrayıl rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlar massivi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 16 mart 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs üzürsüz səbəbdən 4.966,00 manat məbləğində alimentin ödənilməsindən yayınmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokola baxılması 16 mart 2022-ci il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5143/2019 saylı, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilməlidir. Hal-hazırda 4.996,00 manat aliment borcu var və borclu üzürsüz səbəbdən aliment borcunu ödəməmişdir. Borclu hal-hazırda yığılmış aliment borcundan 500,00 manat aliment ödənişi etmişdir. Qeyd olunanlara əsasən borclu barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar X5 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5143/2019 saylı, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda aliment borcu 4.996,00 manat təşkil edir. Borclu hal-hazırda aliment borcundan 500,00 manat ödəniş edərək bildirmişdir ki, 2022-ci il mart ayının sonuna da 500,00 manat ödəyəcəkdir. Bu səbəblə də borclu ilə aralarında razılığa gəlmişlər və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol xitam verilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5143/2019 saylı, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda aliment borcu 4.996,00 manat təşkil edir. Hal-hazırda yığılmış aliment borcundan 500,00 manat ödəniş edərək bildirmişdir ki, 2022-ci ilin mart ayının sonu qalıq aliment borcundan da 500,00 manat ödəycəkdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xaitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş icra sənədi üzrə tələbkar X2 ərizəsindən görünür ki, 19.06.2019-cu il tarixli icra vərəqəsi üzrə yığılmış aliment borcundan borclu tərəfindən ödənilən 500,00 manat aliment ödənişini qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialına əlavə olunmuş icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, 19.06.2019-cu il tarixli icra vərəqəsi üzrə yığılmış aliment borcundan borclu 500,00 manat aliment ödənişini edərək, 2022-ci ilin mart ayının sonu da, 500,00 manat ödəyəcəyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən tələbkara məhkəmə iclas zalında yəni 16.03.2022-ci il tarixində 500,00 manat aliment ödənişi rtmiş və ərizəsində 2022-ci ilin mart ayının sonundad da 500,00 manat ödəyəcəyini qeyd etmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar