Məhkəmə qərarları › İş №3(060)-758/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-758/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-758/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsinin tərtib etdiyi «Azərtikinti-Quraşdırma-Servis-23” ASC barəsində 20.04.2021-ci il tarixli, AP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsi tərəfindən «Azərtikinti-Quraşdırma-Servis-23” ASC barəsində 20.04.2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs «Azərtikinti-Quraşdırma-Servis-23” ASC-nin mülkiyyətində və dövlət qurumunun istifadəsində olan olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-"Azərtikinti-Quraşdırma-Servis-23” ASC-nin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, «Azərtikinti-Quraşdırma-Servis-23” ASC-yə məxsus “Ford Cargo 2530 D yük” markalı, **-JS-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 27.02.2021-ci il tarixində, saat 10:16-da 53-cü km Beyləqan istiqamətində mülki məsuliyyəti icbari qaydada sığrta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamaqla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də, «Azərtikinti-Quraşdırma-Servis-23” ASC tərəfindən Nərimanov Rayon Pİ-nin DYPŞ-nə məlumat verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Azərtikinti-Quraşdırma- Servis-23” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də «Azərtikinti- Quraşdırma-Servis-23” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «Azərtikinti-Quraşdırma-Servis-23” ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən «Azərtikinti-Quraşdırma-Servis-23” ASC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar