Məhkəmə qərarları › İş №3(060)-759/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-759/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-759/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsini etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsini tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsininin MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər 17.03.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Sumqayıt şəhər Prokurorluğu məhkəmə iclasında təmsil edilməmişdir, məhkəmə iclasının oların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X6 bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsini tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsinə əsasən 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Həmin qərarla o, İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9639,25 manat məbləğində cərimə olunmuşdur. Araşdırma zamanı 26.11.2021-ci il tarixli mütəxəssis rəyi tərtib olunmuş və həmin rəy əsasında qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" şirkətinin direktoru vəzifəsində işləyərkən vergi uçotuna təqidm etdiyi bəyannamə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməklə az miqdarda sosial və icbari tibbi sığortalar haqlarını ödəməkdən yayındığı bildirilmişdir. Lakin bu qənaət tamamilə əsassızdır. Çünki həmin dövrdə səyyar vergi yoxlaması aparılmış, sosial və icbari tibbi sığorta haqlarında hər hansı yayınmaların olması aşkar olunmamışdır. Səyyar vergi yoxlaması zamanı isə hər hansı nöqsan qeydə alınmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 09.12.2021-c il tarixli qərarı ilə hadisə barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, həmçinin işin araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərar alınmışdır. Lakin inzibati xəta barədə qərar qəbul edilərkən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Buradan aydın görünür ki, edilən cərimə əsassız və qanunsuzdur. Belə ki, o aparılan araşdırılmalar dövründə məsəslə ilə bağlı səlahiyyətli orqan tərəfindən dindirilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndəsinin çağırışa getmiş, həmin zaman o dindirilmiş, lakin ona başqa vaxt gəlməsi bildirilmişdir. Buna baxmayaraq o sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə çağırılmamışdır. Onun protokolla bağlı bütün hüquqi sənədləri qaydasında olsa da, qanunazid şəkildə cərimə olunmuşdur. Eyni zamanda məsələ il bağlı mütəxəssis rəyi də alınmamışdır. Belə ki, qərarda qeyd edilən hallar da cavabdeh təşkilat tərəfindən sübuta yetirilməmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qəraın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X7 izahat verərək bildirdi ki, 09.12.2021-ci il tarixdə Amirjanov Phaktari "xxxx" MMC-nin direktoru (VÖEN: **********) vəzifəsində işləyərkən vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuuş məlumatlar daxil etməklə az miqdarda (13770,37 manat məbləğində) sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9639,25 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ola bilsin ki, İdarəyə yaxınlaşmış və şifahi izahat vermişdir, lakin bu proses rəsmiləşdirilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “mütəxəssis rəyi”-ndə qeyd olunmuşdur ki, təqdim edilmiş ifadələrdə göstərilənlər öz təsdiqini tapdığı halda 27.03.2018-ci il tarixdən 27.09.2021-ci il tarixədək olan dövr ərzində qeyd olunan işçiyə ümumilikdə 64871.05 manat məbləğində əmək haqqı hesablanır. Göründüyü kimi, rəydə qeyd olunmuşdur ki, təqdim edilmiş ifadələrdə göstərilənlər öz təsdiqini tapdığı halda hüquqpozma yaranır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş 09.12.2021-ci il tarixli qərarla “Amirjanov Phaktari (DYİ- 0026777, VÖEN **********) – 28.09.1978-ci il tarixdə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanılmış materialın baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alınmışdır. Mübahisələndirilən qərardan görünür ki, inzibati icraatın başlanması haqqında prokuror qərar qəbul etmiş, inzibati xətanın tərkibinin olub-olmaması və sübuta yetirilməsi üçün inzibati araşdırmanı aparan orqan tərəfindən müəyyən edilib müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. Lakin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dinləmədən müvafiq araşdırma aparmadan şəxsi inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək görə barəsində 9639,25 (doqquz min altı yüz otuz doqquz manat iyirmi beş qəpik) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “İnzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin tələbləri pozulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək hüququ, iş materialları ilə tanış olmaqla sübutlar təqdim etmək hüququndan məhrum olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən işlə bağlı ətraflı araşdırmalar aparılmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarını pozmuş, onun izahatı alınmamış (şəxs bildirir ki izahat vermiş, inzibati orqan izahatın iş materiallarına olmadığını qeyd edir), işlə bağlı ətrafli araşdırma aparılmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən “inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “İnzibati xəta haqqında işə baxılarkən: 112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.” Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla tam araşdırılmamışdır. Buna görə də həmin halların mövcudluğu iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq Məhkəmə belə nəticəyə gəlir ki, araşdırma barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsn hüquqları pozulmaqla həyata keçirildiyindən X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsini tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsininə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsini tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Amirjanov Phakhri tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Amirjanov Phakhri barəsində qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar