Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-76/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci il üzrə 2022ci ildə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanda və internet səhifəsində dərc etdirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmədə baxılan inzibati protokol tam əsassız olmaqla bərabər eyni zamanda ciddi prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. İlk öncə onu məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Cəmiyyətin hər-hansı bir səlahiyyətli şəxsinin iştirakı olmadan, yalnız Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən imzalanaraq tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində İnzibati xəta haqqında Protokolda əks etdirilməli məlumatların siyahısı göstərilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi hüquqi şəxsin nümayəndəsi tərəfindən protokol imzalanmadıqda bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Lakin, Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddənin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, MN № ******* saylı inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi əsas götürülərək Maliyyə hesabatların mətbu orqanda və ya internet səhifəsində dərc edilməməsinə görə tərtibf edilmişdir. Maliyyə Nazirliyi inzibati xəta haqqında protokolu onunla əsaslandırmışdır ki, müəssisə konsolidə edilmiş maliyyə hesabatı 30 iyun 2022-ci il tarixindən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli Qərarı İlə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi" Qaydalarının (bundan sonra "Qaydalar") 3.1-ci maddəsi maliyyə hesabatlarının hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin iyun ayının 30-dan gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməsini tələb edir. Lakin, Qaydaların dərc edilmə şərtlərini özündə əks etdirən 5-ci maddədə maliyyə hesabatlarının iyun ayının 30-dan gec olmayaraq dərc edilməsi barədə şərt yer almır. Qaydalara nəzər yetirdikdə aydın olur ki, iyun ayının 30-u tarixi ilə əlaqədar tələb yalnız maliyyə hesabatlarının təqdim edilməsinə aiddir, maliyyə hesabatlarının dərc edilməsi ilə bağlı sonuncu dərc edilmə tarixi nəzərdə tutulmamışdır. Yuxanda qeyd edilənlərdən də tam aydın olur ki, protokol maddi və prosessual qayda pozuntusu ilə əsassız olaraq tərtib edilmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokola əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi ünvana məlumat verilməsinə və bildiriş göndərilməsinə baxmayaraq illik hesabatı təqdim etməmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci il üzrə 2022-ci ildə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanda və internet səhifəsində dərc etdirmədiyindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göstərilən halları təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən inzibati xəta törətmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-76/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-76/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver