Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-762/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Sumqayıt şəhəri 3-cü PB-nin sahə rəisi polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 03.03.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN 0920190-259 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, o, 02.03.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri 3-cü PB-nin sahə rəisi X2 bildirdi ki, 02.03.2021-ci il tarixində Sumqayıt şəhərində vətəndaşlardan oğurlanmış velosipedlərin Şəxs adlı şəhər sakini tərəfindən alınmasına dair daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsinə gedilərək Şəxs adlı şəxs tapılmış və o, 3-cü Polis Bölməsinə dəvət edilsə də Polis bölməsinə gəlməkdən imtina edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra şəxs aidiyyəti üzrə 3-cü Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, onun oğurluq hadisəsindən xəbəri yoxdur.Sadəcə tanımadığı bir nəfər şəxsdən oğlu üçün bir ədəd velosiped almışdır.Polis əməkdaşları ona yaxınlaşdıqda əsəbi olduğundan onların qanuni tələblərinə tabe olmamışdır. İİ dərəcə əlildir. On ildən artıq müddətlə ruhi əsəb xəstəlikləri Dispanserində müalicə almışdır.Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən polis kapitanı X3 bildirdi ki, 02.03.2021-ci il tarixində Sumqayıt şəhərində vətəndaşlardan oğurlanmış velosipedlərin Şəxs adlı şəhər sakini tərəfindən alınmasına dair daxil olmuş məlumat əsasında polis nəfəri Məmmədov Cavid ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsinə gedərək Şəxs adlı şəxsi tapmış və onu, 3-cü Polis Bölməsinə dəvət etmişlər. Lakin o, 3-cü Polis Bölməsinə gəlməkdən imtina edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra şəxs aidiyyəti üzrə 3-cü Polis Bölməsinə təhvil verilmişdir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşıdıraraq, inzibati xəta törətmiş şəxsi, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından da görünür ki, Şəxs İİ dərəcəli əlildir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onunikinci dərəcə əlil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzası tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-762/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-762/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver