Məhkəmə qərarları › İş №3(060)-763/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-763/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-763/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Ramil Hüseynovun, Zərərçəkmiş şəxs Ahuva Leichterin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə X1 iştirakları ilə xx.xx.1987-ci ildə Dəvəçi ray., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola göstərilənlərə əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində əcnəbi vətəndaş Ahuva Leichterin qarşısını kəsərək ona qarşı xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Ramil Hüseynov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “KİA RİO” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən günorta radələrində Sumqayıt şəhəri, 3cü məhəllə ərazisində hərəkətdə olan zaman əlində sellofan paketləri olan əvvəlcədən tanımadığı bir qadının hərəkət etdiyini görmüş və ünvan soruşmaq üçün ona yaxınlaşmışdır. Həmin qadın ona rus dilində nəsə demiş və o başa düşmədiyindən onun arxası ilə getmişdir. Qadının binalardan birinə daxil olduğunu görüb, o da həmin binaya daxil olmuşdur. Binanın girişində həmin qadın pilləkənlər ilə hərəkət edərkən ünvan soruşaq üçün qadına işarə edərək öz telefonunu göstərmişdir. Bu zaman qadın onu səhv başa düşmüşdür. Daha sonra binanı tərk edib, həyətdə iki-üç dəqiqə dayandıqdan sonra oradan uzaqlaşmışdır. Əməlindən peşmandır, təqsirini qəbul edir, himayəsində iki övladı var, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ahuva Leichterin bildirdi ki, milliyətcə yəhudir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində hərəkətdə olan zaman əvvəlcədən tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış, həmin şəxs ona Azərbaycan dilində nəsə demiş, o başa düşmədiyi üçün öz yoluna davam etmişdir. Daha sonra tanımadığı şəxs onun qabağını kəsmiş, o isə Rus dilində onu başa düşmədiyini bildirib, yoluna davam etmişdir. Lakin şəxs onun sözlərinə məhəl qoymaraq o, izləyərək onun arxasınca gəlməyə davam etmişdir. Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yaşadığı binaya daxil olan zaman həmin şəxs onun arxası ilə gəlmiş və telefonunu ona göstərmişdir. Bu zaman o, binada olan təhlükəsizlik kamerasını ona göstərdikdən sonra sonuncu oradan uzaqlaşmışdır. Hadisə baş verən zaman ətrafda tikinti işləri getdiyindən həmin ərazidə bir neçə adam olmuşdur. Gələcəkdə eyni məzmunlu hərəkətlərin Şəxs tərəfindən başqa qadınlara qarşı da təkrarlamaması üçün ondan şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilən və məhkəmə istintaqı zamanı tədqiq edilən 01 (bir) ədəd DVD-diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Şəxs tərəfindən qeyd edilən əməl törədilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 11:40-da azad edilmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 31 mart 2022-ci il tarixdən, saat 12.00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional vəkil Burosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə təqsirli bilinib ona 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 mart 2023-cü il, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar