Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-767/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Siyəzən rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 04 mart 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2977/2018 saylı, 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 07.03.2018-ci il tarixdən hər ay 390,00 manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2977/2018 saylı, 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 28.07.2004-cü il təvəllüdlü X8 Qızının, 09.07.2006-cı il təvəllüdlü X3 və 29.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bu günə kimi borclu 10000 manatdan artıq aliment ödəmişdir. Sonuncu ödəniş 2021-ci ilin ayında 800 manat olmuşdur. Lakin bu günkü günə 2800 manat aliment borcu vardır. Tələbkar şikayət etdiyinə görə borclu barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2977/2018 saylı, 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 28.07.2004-cü il təvəllüdlü X8 Qızının, 09.07.2006-cı il təvəllüdlü X3 və 29.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Borclu tərəfindən uzun müddət ərzində müxtəlif vaxtlarda ona aliment ödənilmiş, sonuncu ödəniş 11 və 12 fevral 2021-ci i tarixlərdə onun bank hesabına 800,00 manat olmuşdur. Bütün bunlara baxmayaraq o, borcludan 2800 manat alimentin tam olaraq ödənilməsini tələb edir. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2977/2018 saylı, 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 28.07.2004-cü il təvəllüdlü X8 Qızının, 09.07.2006-cı il təvəllüdlü X3 və 29.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Son zamanlar mövcud pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyindən aliment ödənişini vaxtında həyata keçirə bilməmişdir. Lakin buna baxmayaraq o, bu günə kimi 10.360,00 manat aliment ödənişi etmişdir. Bundan başqa o, 11 və 12 fevral 2021-ci il tarixlərdə tələbkarın bank hesabına 800,00 manat aliment ödənişi etmiş və aliment borcundan 500,00 manatı da tələbkara əlbə-əl vermişdir. Onun hesablamasına görə aliment borcu 2300 manat təşkil edir. O alimentin ödənilməsindən boyun qaçırmır. Hazırda günə muzd işləyir. Mart ayının sonuna qədər 800,00 manat aliment ödənişi edəcəkdir. Borclunun məcburi gətirilməsinə, onun axtarışının elan olunmasına dair hazırki işin materiallarında olan sənədlərə münasibətdə Şəxs məhkəməyə bildirdi ki, həmin sənədlərdən onun ümumiyyətlə məlumatı olmamış, icra məmuru tərəfindən ona hər hansı rəsmi bildiriş gəlməmiş, onun icra şöbəsinə çağrılmasından məlumatı olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu növbəti aylarda ödəyəcəyi barədə məhkəməyə yazılı ərizəsini təqdim edərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərardadına əsasən borclu Şəxs barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən qəbul edilmiş 21.01.2021-ci il tarixli qərarına əsasən, borclu Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan axtarış qərarı ilə bağlı məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 borclu Şəxs icra şöbəsinə rəsmi və ya qeyri rəsmi (telefon vasitəsilə) çağrılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə buna görə də icra məmuru tərəfindən qəbul olunmuş axtarış qərarını formal tərtib olunan sənəd kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs tərəfindən məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu Şəxs tərəfindən 30.07.2020-ci il tarixdə 400,00 manat, 31.08.2020-ci il tarixdə 350,00 manat, 01.10.2020ci il tarixdə 200,00 manat, 02.10.2020-ci il tarixdə 200,00 manat, 05.11.2020-ci il tarixdə 200,00 manat, 08.11.2020-ci il tarixdə 230,00 manat 13.12.2020-ci il tarixdə 150,00 manat, 11.01.2021-ci il tarixdə 150,00 manat, 11.02.2021-ci il tarixdə 400,00 manat və 12.02.2021-ci il tarixdə 400,00 manat sabit pul məbləğində aliment ödənişlərini Zərərçəkmiş şəxs bank hesabına ödənilmişdir. Məhkəmə bütün sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş qəbzin surətindən müəyyən olunmuşdur ki, borclu Şəxs hər ay mütamadi olaraq aliment ödənişləri etmişdir. Bundan başqa icra məmurunun da bildirdiyinə görə Şəxs icra sənədi ilə bağlı əvvəllər də ödənişləri olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-767/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-767/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver