Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-767/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi İslamova Süsənbər Fariz qızının katibliyi ilə, EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 03.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 03.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən 03 fevral 2022-ci ildə X2 barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən EXP ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında 03.02.2022-ci il tarixində EPQ ******* saylı qərar qəbul edilmişdir. X2 AR İXM-nin 211.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib olunmuş EPQ ******* saylı qərarla razılaşmır. Beləki, o, 03 fevral 2022-ci il tarixində tibbi maskadan istifadə etmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin polis sahə inspektoru Aqil Quliyev taksidən düşərkən maskada olduğu halda ona maskadan istifadə etmədiyimi səbəb gətirirək barəsində protokol tərtib etmişdir. Bunları nəzərə alaraq, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin polis sahə inspektoru Aqil Quliyev tərəfindən tərtib edilmiş 03 fevral 2022-ci il tarixli EPQ ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 03.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 03.02.2022-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 03.02.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X1 EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 03.02.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-767/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-767/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver