Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-768/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253- 1.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi (bundan sonra mətndə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən 27 mart 2023-cü il tarixdə Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yüksək mərtəbəli yaşayış binası tikilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 rəy, torpaq mülk qərarı və yaşıllığın götürülməsi vərəqi alınmadan köküstüyaş halda müxtəlif cinsli 15 ədəd, quru halda 2 ədəd ağacın yeri dəyişdirilərək köçürülmüşdür. İnzibati xəta haqqında protokol baxılmaq üçün 15 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 12 aprel 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyi "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə, Şəxs MMC tərəfindən işlərin icrası zamanı tikinti altına düşən, cəmi 75 ədəd ağacların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci ii tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaydaların tələblərinə müvafiq olaraq ETSN-nə müraciət əsasında rəy alınmaqla qəbul olunacaq qərar əsasında götürülməsini təmin etməli idi. Lakin Şəxs MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının inşası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 rəy, torpaq mülk qərarı və yaşıllığın götürülməsi vərəqi alınmadan köküstüyaş halda müxtəlif cinsli 15 ədəd, quru halda 2 ədəd ağacların yeri dəyişdirilərək köçürülmüşdür. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materialında olan foto şəkilləri və işdə olan digər sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC İXM-nin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları baş məsləhətçi müfəttiş Aysəf Bayramov, Anar Abdullayev və Rafiq Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78028 saylı monitorinq aktından görünür ki, idarənin 034 saylı 01 mart 2023-cü il tarixli sərəncamı əsasında Sumqayıt şəhəri ərazisində “Ətraf mühitin müdafiəsi haqqında” Qanunların və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinə riayət olunması vəziyyəti üzrə aparılan monitorinq zamanı Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllə ərazisində Şəxs MMC tərəfindən yükəskmərtəbəli yaşayış binalarının tikintisi aparılan ərazidə ağacların yerinin qanunsuz olaraq dəyişdirilməsi müəyyən olunmuş və bununla əlaqədar Şəxs MMC-nin direktoru X3 iştirakı ilə araşdırılma aparılmışdır. İş materialında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin 27 may 2021-ci il tarixli, ER 22/1355 saylı rəyinə baxılması barədə xx.xx.2021-ci il tarixli 799№ qərarından görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllə 28A/27 və 9/28 saylı binanların heyətində yerləşən, “Ayta LTD" MMC-yə ayrılmış torpaq sahəsində layihənin Dövlət ekspertizası ilə razılaşdırıldığını nəzərə alaraq, orta yaş dövrünü ötmüş, bioloji inkişafı zəyifləyərək təbii istismar müddəti bitmək üzrə olan 10 ədəd şam ağacı köçürülmə üçün əlverişli parametrlərdə olmadığından həqiqi bərpa dəyəri Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna (4 saylı RETSİ- nin hesab-fakturası əsasında) ödənildikdən və yə bu öhdəliyin icrasına təminat verildikdən sonra müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən xüsusi ağac cıxaran maşınların köməyi ilə kökündən torpaqdan çıxarılaraq götürülməsi, götürülmüş ağacların əvəzinə yaşıllıq üçün nəzərdə tutulmuş ərazidə yeni tinglər əkilməsi qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini tərəfindən xx.xx.2021-ci il tarixli, 800№ yaşıllığın götürülməsi vərəqəsindən görünür ki, yaşıllığın götürüldüyü ünvan ünvan 1 bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması)na 2 ay müdddət verilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixdə “Ayta LTD" MMC-nin direktoru M.R.Səidov tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Vaqif Cavadova ünvanlanmış məktubdan görünür ki, ünvan 2alı vəziyyətdə olan 2 mərtəbəli yaşayış binalarının yerində yüksəkmərtəbəli yaşayış və qeyri yaşayış binaların tikintisini aparılır. Tikintinin aparılmasına Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı, ETSN-nin X6 Agentliyinin ekoloji ekspertiza rəyi, Şəhərsalma və Tikinti komitəsinin aidiyyatı sənədləri, tikintiyə icazə sənədləri vardır. Layihəyə əsasən ikinci mərhələ üzrə 1 və 2 saylı yaşayış və 3 saylı qeyri yaşayış binası tikiləcəkdir. 2 saylı binanın tikinti altına düşən yaşıllıqları X6 Agentliyindən rəy verilmiş, Sumqayıt şəhər icra hakimiyyətinin qərarı və yaşıllığın götürülməsi rəyi əsasında yaşıllıqlar götürülmüşdür. Layihə üzrə 1 saylı yaşayış binasının və 3 saylı qeyri yaşayış binasının altına düşən ağacların götürülməsinə rəy verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə X6 Agentliyinə müraciət edilsə də müvafiq rəy verilməmişdir. Aparılan tikinti işləri ilə əlaqədar tərəflərindən tikinti altına düşən ağaclar kökündən çıxarılaraq MMC-yə məxsus 16-cı və 44-cü məhəllədəki ərazilərə köçürülmüşdür. Yeri dəyişdirilən ağaclara tərəflərindən aqrotexniki xidmət işləri aparılır. Həmin ağacların bioloji inkşafdan dayanmaması üçün zəruri olan aqrotexniki xidmət işlərinin aparılmasına zəmanət veriləcəyi qeyd olunmuşdur. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 4.19-cu bəndinə əsasən həmin Məcəllənin 152.4, 234.0.1, 253.3.4, 253-1.1.3, 253-1.2.1, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur və həmin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları- baş məsləhətçi müfəttiş Aysəf Bayramov, Anar Abdullayev və Rafiq Quliyevi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78028 saylı monitorinq keçirilmiş, monitorinq zamanı Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllə ərazisində Şəxs MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 rəyi olmadan, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan köküstüyaş halda müxtəlif cinsli 15 ədəd, quru halda 2 ədəd ağacın yeri dəyişdirilərək köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, Məhəllə Q-1, ev 8 A, mənzil E- 5 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15.000,00 (on beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-768/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-768/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver