Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-77/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılaş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisi Nümayəndə iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 23 noyabr 2020-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. Protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 09.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılaş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisi Nümayəndə izahat verərək bildirdi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) barəsində AR İXM-nin 464-cü maddəsiniə (Məcburi auditdən yayınma) əsasən protokol tərtib olunub məhkəməyə göndərilmişdir. Məhkəmə bildirişi müəssisəyə rəsmi qaydada verildiyi müddətə qədər “xxxx” MMC-nin həmin protokoldan və ya inzibati xəta haqqında iş üzrə icraatdan heç bir məlumatı olmamışdır və müəssisəyə bu barədə hər hansı bir sənəd təqdim edilməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditi vaxtında keçirməməsinin əsas və yeganə səbəbi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öz uğursuz fəaliyyəti nəticəsində deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və ona tabe olan çoxsaylı vergi orqanlarının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin normal fəaliyyətinə qanunsuz müdaxilələri və qanunsuz əməlləri səbəbindən olmuşdur. Məlumat üçün bildiririk ki, “xxxx” MMC iddiaçı olaraq cavabdeh AR Vergilər Nazirliyinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” İddia Ərizəsi ilə 1 sayh Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmədən AR Vergilər Nazirliyi tərəfindən “xxxx” MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə “xxxx“X1 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat məbləğində ziyanın “xxxx” MMC-in hesabına ödənilməsi öhdəliyinin Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin inzibati iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olmaqla davam edir. “xxxx” MMC digər vergi orqanlarına qarşı müvafiq iddialar müvafiq məhkəmələr müraciətlər etmişdir. X4 deyilir ki, “xxxx” MMC 10.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 22 noyabr 2018-ci ildə Şəxs-nin ƏDV depozit hesabından pul köçürülməsinə vergi orqanı tərəfindən heç bir qanuni əsas olmadan qadağa qoyulmuşdur. Buna görə də müəssisə fəaliyyət göstərə bilməmiş və müəssisəyə külli miqdarda ziyan dəymişdir. Həmçinin “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC aldığı mala görə Şəxs-nin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “xxxx“X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyini üçün “xxxx” MMC-dən aldığı malları sistemdə Vergilər Nazirliyi tərəfindən qeyd edilən yazıya görə geri qaytarmış və bizim müəssisə ilə işləməkdən imtina etmişdir. Müəssisənin etibar və işgüzar nüfuzuna ciddi şəkildə xələl gəlmiş, fəaliyyət istiqamətində məhdudiyyətlərlə qarşılaşmış, həmçinin fəaliyyətindən əldə edə biləcəyi gəliri itirməli olmuşdur. Qeyd edim ki, yuxarıda sadalanan müəssisələrə satılmış malların ƏDV-siz məbləği 6 656 160.05 manat (altı milyon altı yüz əlli altı min yüz altımış manat beş qəpik) təşkil edir. Həmin malların satışı nəticəsində müəssisə 3 faiz gəlir əldə edəcəkdi. Lakin qeyd edilən yazıya görə mallar geri qaytarılmış və müəssisə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Nəticədə müəssisəyə malların qaytarılmasına görə 199 684.81 manat (yüz doxsan doqquz min altı yüz səksən dörd manat səksən bir qəpik) miqdarda ziyan dəymişdir. Həmçinin malların geri qaytarılması zamanı yükləmə və boşaltma prosesində malların 20 faizi zədələnərək yararsız hala düşmüş və nəticədə müəssisəyə əlavə olaraq 1 331 232.01 manat ( bir milyon üç yüz otuz bir min iki yüz otuz iki manat bir qəpik) ziyan dəymişdir. Həmçinin ƏDV hesabımızdan köçürmə etməyimizə qadağa qoyulması nəticəsində müəssisə gömrük orqanının hesabına həmin ƏDV-ni köçürə bilmir. Nəticədə maşınların gömrük terminallarında qalmaması üçün kredit müqaviləsinə əsaən aldığı vəsaiti gömrük orqanlarının hesabına köçürmək məcburiyyətində qalır. Buna görə də “xxxx“ ASC-dən aldığımız kredit müqaviləsinə əsasən 550 000 (beş yüz əlli min) manat və kredit xətti ilə 600 000 (altı yüz min) manat maliyyə vəsaitini gündəlik olaraq ödəyə bilmədiyi üçün, günlük olaraq, 500 manat məbləğində faiz hesablanır və bu günə qədər də bu məhdudiyyətlər aradan qaldırılmadığı üçün ziyan dəyməkdə davam edir. Halbuki, 1 saylı İnzibati İqtisad məhkəməsinin 6 dekabr 2018-ci il tarixli MXMT barədə qərardadında yaradılmış məhdudiyyətin dərhal aradan qaldırılması qət edilmişdir. Nəticədə bu cür qanunsuz əməllərə görə 22 noyabr 2018-ci il tarixdən etibarən bu günə (04.01.2019) kimi 43 gün ərzində gündəlik 500 manat cərimə hesablanaraq cəmi 21500 manat (iyirmi bir min beş yüz) məbləğində müəssisəyə ziyan dəymişdir. Vergilər Nazirliyi tərəfindən ƏDV Depozit hesabına qoyulmuş məhdudiyyətə və digər müəssisələr tərəfindən “xxxx” MMCnin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “ xxxx“X1 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyininə görə müəssisəyə cəmi 1552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) ziyan dəymişdir. (1331232.01+199684.81+21500=1552416.82). Şəxs-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən bu cür məlumatın qeyd edilməsi qanunvericiliyə tamamilə ziddir və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması AR-nın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu fakt məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qeyd edilə bilər. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. 13.08.2018-ci il tarixdə **********159963 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən 105 gündür ki, yoxlama müddəti 2 dəfə artırılaraq, davam edir. Bundan əvvəldə müəssisəmizə qarşı vergi orqanı tərəfindən “xxxx” MMC və ayrı-ayrı əməkdaşlıq etdiyimiz müəssisələrə məktub göndərməklə” “xxxx “ MMC riskli vergi ödəyicisi hesab olunduğundan, bu ödəyici tərəfindən təqdim olunan elektron vergi hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz” yazılır. Bütün bunlar heç bir əsası olmadığı üçün və hüquqlarımızı pozduğuna görə aradan qaldırılmalıdır. 21.09.2018-ci il tarixdə **********6966 nömrəli qərara əsaən mal material qalığının yoxlanılması, 20.09.2018-ci il tarixində **********6767 saylı qərara əsaən operativ qaydada əmək müqavilələrinin yoxlanılması ilə bağlı yoxlamalar təyin olunmuş, yoxlamanın nəticəsi ilə bağlı 19.10.2018ci il tarixində, akt tərtib olunmuşdur. Tərtib olunmuş aktdan göründüyü kimi müəssisənin fəaliyyətində vergi qanunvericiliyi ilə bağlı heç bir qanun pozuntusu və kənarlaşma aşkar olunmamışdır. Bundan sonra 05.11.2018-ci il tarixində **********8479, 05.11.2018-ci il tarixində **********8449, 05.11.2018-ci il tarixində **********8459, 05.11.2018-ci il tarixində **********8456 saylı operativ nəzarətin həyata keçirilməsi haqqında qərarlarına əsasən yenidən yoxlamaya başlanılmışdır. Halbuki, bir neçə gün əvvəl mal-material qalığını yoxlanması həyata keçirilmişdi. Həmçinin son 2 ay ərzində 2 dəfə mal qalığının yoxlanılması üçün yoxlama təyin edilib. Lakin heç bir qanunsuz fakt ortaya çıxmamışdır. Müəssisədə səyyar vergi yoxlaması apardır. Hal-hazırda 14.11.2018-ci il **********0476, 14.11.2018-ci il **********0455, 14.11.2018-ci il **********0456, 14.11.2018-ci il **********0457 sayh qərarlara əsasən xronometraj qaydasında aparılan əməliyyatlar vergi əməkdaşları tərəfindən müşahidə edilir və heç bir qanun pozuntusu aşkar edilmir. Lakin xronometraj qaydasında müşahidənin aparıldığı vaxt heç bir qanunsuz hal aşkarlanmadığı halda, müəssisənin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olduğu qeyd edilir. Təbiiki bütün bunlar tam olaraq qərəzli şəkildə bu hərəkətlərin baş verdiyini göstərir. Bütün bunlar Şəxs-nin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Belə ki, hal-hazırda alğı-satqı etdiyimiz müəssisələr ƏDV hesabımıza köçürmələr həyata keçirə bilmir, bizimlə əməkdaşlıq etmək istəmirlər. Müəssisəni fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Hesab edirəm ki, bu cür qanunsuz və əsassız olaraq yaradılan maneələr tam olaraq qərəzli şəkildə həyata keçirilir və iqtisadi fəaliyyətimin məhdudlaşdırılmasına gətirib çıxarmışdır. “xxxx” MMC-nin AR Vergilər Nazirliyi tərəfindən “xxxx” MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin və elektron sistemdə “xxxx“X1 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısının qanunsuz və əsassız hesab edilməsinə dair “müvəqqəti xarakterli məcburiyyət tədbiri barədə” Ərizəsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təmin edilmiş və vergi orqanının həmin əməllərinin qanunsuz və əsassız olması öz təsdiqini tapmışdır. Həmin qanunsuz əməllər nəticəsində “xxxx” MMC öz fəaliyyətini demək olar ki, tam dayandırmış, faktiki olaraq müflis olmuşdur. “xxxx” MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ona tabe olan çoxsaylı vergi orqanları arasında Sumqayıt İnzibati Məhkəməsinin və Bakı İnzibati Məhkəməsinin icraatında vergilərin qanunsuz hesablanması və digər qanunsuz əməllər barədə 2018-ci ilin dekabr ayından bu günə kimi çoxsaylı işlər mövcud olmuşdur və həmin işlərin bəziləri hal-hazırda da davam edir və bu barədə sənədləri təqdim edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə Təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi” Qaydalarının: 3.4-cü bəndinə görə Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə X3 Palatasına verilir. 3.5-ci bəndinə görə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. 5.2-ci bəndinə görə maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)....Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarından olan 2-1(102)-3633/2019 saylı, 11.12.2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından müəyyən olunur ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh Vergilər Nazirliyinə qarşı “xxxx” MMC-nin ƏDV depozit hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən “xxxx” MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “xxxx"Şəxs” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi ilə 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar və işin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 23 noyabr 2020-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-77/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-77/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver